Yuxarı

Azərbaycan dünyanın ən güclü 45-ci ölkəsi oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan dünyanın ən yaxşı 64-cü ölkəsidir.

Axar.az xəbər verir ki, bu barədə informasiya ABŞ-ın “US Nyus & Vorld Report” jurnalının hazırladığı yeni reytinq cədvəlində yer alıb. Reytinq cədvəli 9 kriteriya üzrə hazırlanıb. Bunlar turizm sənayesinin inkişafı, innovasiyalar, sosial sferalar, mədəniyyət, iqtisadi artım templəri, biznes şəffaflığı, ümumi həyat səviyyəsi, ölkənin dünya arenasında gücü və nüfuzu, tarixi irsi olub.

MDB ölkələrindən yeni reytinq cədvəlinə Rusiya (26), Latviya (59), Ukrayna (69), Qazaxıstan (70) və Belarus (72) daxil olub. Azərbaycanın qonşuları olan Türkiyə bu siyahıda 36-cı, İran isə 77-ci yeri tutub. Gürcüstan və Ermənistan isə reytinqə daxil edilməyib.

Azərbaycan nüfuz və güc baxımından reytinq cədvəlində 45-ci yerə layiq görülüb. Bu siyahıda ilk üçlükdə ABŞ, Rusiya və Çin qərarlaşıb. Türkiyə siyahıda 14-cü, İran isə 13-cü olub.

Ümumi həyat səviyyəsinə görə ölkəmiz 67-ci, turizm sənayesinə görə isə 66-cı olub.

Yeni reytinq cədvəlində dünyanın ən yaxşı beş ölkəsi adına İsveçrə, Kanada, Almaniya, Britaniya və Yaponiya layiq görülüb.

Qeyd edək ki, Azərbaycan bu siyahıda keçən il 69-cu yeri tutmuşdu.

Tarix
2018.01.23 / 13:58
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

Buna görə müstəqil olmadıq, başqalarından asılı yaşadıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla