Yuxarı

Piyadalar əməl etdi, sürücülər yox – İlin statistikası

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il ərzində Azərbaycanda piyadalar və sürücülərə yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq olunan cərimələrin məbləği açıqlanıb. Dövlət Statistika Komitəsinin (DSK) İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, həmin müddətdə piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə 35 min 154, nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə isə 581 min 656 protokol tərtib olunub, müvafiq olaraq 703,1 min manat və 29 milyon 506,5 min manat cərimə yazılıb.

Protokolların 33,1%-i yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması, 9,4%-i işıqforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, 8,2%-i dayanma və ya durma qaydalarının pozulması, 7,6%-i yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, 3,4%-i təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, qalan hissəsi isə digər səbəblər üzrə tərtib olunub.

Dövlət Statistika Komitəsindən Axar.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2017-ci ildə piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulması halları 2016-cı ilə nisbətən 42,5 faiz azalsa da, nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması 2016-cı ilə müqayisədə 17,1 faiz artıb.

Tarix
2018.01.24 / 08:15
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh

Babayev və Overçuk COP29-a hazırlığı müzakirə etdi

Almatı görüşündən nələr gözlənilir? - Markedonov

Rus hərbi texnikaları Xocalıdan çıxdı - Video

Təcili: Qarabağ erməniləri yürüşə silahla qoşulur – Şok video

İlham Əliyev Qələbə paradında iştirak edəcək? - Uşakov

ABŞ və İrəvan arasında ilk illik qərargah danışıqları oldu

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Robert Fitso Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla