Yuxarı

Prokurorluqdan boğulma video-faktına inanılmaz reaksiya – Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Axar.az-ın yaydığı video görüntülərdə suda boğulanın məhz həmin uşaq olduğunu deyə bilmərik".

Bu sözləri Axar.az-a Masallı Rayon Prokurorluğunun müstəntiqi Elmar Əhmədli rayonun Kubin kəndinin yaxınlığında yerləşən "Qamo" istirahət mərkəzində Masallı rayon Qarğalıq kənd sakini 10 yaşlı Novruzov Rauf İlkin oğlunun hovuzda boğularaq ölməsini əks etdirən video ilə bağlı açıqlama verərkən bildirdi.

Müstəntiq ölüm faktı ilə bağlı artıq rayon prokurorluğunda araşdırma başlanıldığını söylədi.

Onun sözlərinə görə, mərhumun anası prokurorluğa verdiyi izahatda oğlunun boğularaq öldüyünü təkzib edir:

"Ana özü izahatında uşağının boğulmadığını deyir. İzahata görə, uşaq anasının yanında olub. Sizə göndərilən və yaydığınız video-görüntülərdə suda boğulanın məhz həmin uşaq olduğunu tam yəqinliklə deyə bilmərik. Çünki uşağın üzü görünmür. Ana da izahatında qeyd edir ki, uşaq ölən zaman onun yanında olub. Onun sözlərinə görə, uşaq ağciyər xəstəliklərindən, bronxit və vərəmdən əziyyət çəkib".

Müstəntiq uşağın qarpızdan zəhərlənməsi ilə bağlı deyilənlərə də aydınlıq gətirdi:

"Ölümün qarpızdan zəhərlənmə ilə baş verdiyi barədə bizə hər hansı tibbi sənəd verilməyib. Kim deyir ki, bununla bağlı həkim arayışı var?"

E.Əhmədli 10 yaşlı Novruzov Rauf İlkin oğlunun ölüm səbəbinə də aydınlıq gətirdi:

"Ana izahatında qeyd edir ki, son vaxtlar oğlumun üzü və bədəni şişmişdi. Adını qeyd etdiyiniz uşaq həmin gün anası ilə bir yerdə Masallı şəhərində olublar. Uşağın anidən anasının yanında əhvalı pisləşib. Sonra onu təcili yardım stansiyasına gətiriblər".

E.Əhmədli qeyd edir ki, ana və oğlu ümumiyyətlə, faciənin baş verdiyi deyilən "Qamo" istirahət mərkəzində olmayıb:

"Uşağın vəziyyəti "Qamo" istirahət mərkəzində pisləşməyib. Ana və oğlu ümumiyyətlə orada olmayıblar. Hadisənin baş verdiyi yer istirahət mərkəzindən çox kənardadır. Həmin qadının ora gedib çıxması qeyri-mümkündür. Bunlar əlbəttə ki, qadının öz izahatında qeyd etdikləridir".

Müstəntiq "Qamo" istirahət mərkəzində baş verən hadisə ilə bağlı yayılan videolara baxdığını və orada boğulan uşağın məhz R.Novruzov olduğunu deməyin düzgün sayılmadığını bildirir:

"Orada boğulanın kimliyi məlum deyil. Üstəlik, həmin yerin də "Qamo" istirahət mərkəzi olması ilə bağlı əlimizdə konkret bir şey yoxdur. Hadisənin nə vaxt baş verdiyi, kim tərəfindən çəkildiyi də məlum deyil".

Müstəntiq E.Əhmədli son olaraq rayon prokurorluğunun məsələni araşdırdığı üçün hələ də konkret bir söz deməyin mümkün olmadığını bildirdi:

"İstənilən halda Masallı Rayon Prokurorluğu məsələni araşdırır və bu, hələ də davam etdirilir. Bu səbəbdən hələlik konkret bir söz demək mümkün deyil. Aparılan araşdırmanın yekununda hadisənin motivi məlum olacaq. Nə qədər ki, araşdırma ilə bağlı qərar qəbul edilməyib, biz uşağın ölüm səbəbi ilə bağlı konkret bir söz deyə bilmərik".

Əgər hovuzda boğulan uşaq Rauf Novruzov deyilsə, bəs, kimdir və bu faktla bağlı cinayət işi açılıbmı?

Sualı cavablandıran E.Əhmədli bildirdi ki, sizə İlkin Novruzov maraqlıdırsa, mən o sualınıza da cavab verdim: "Bundan başqa heç nə deyə bilmərəm".

Qeyd edək ki, iyul ayının 11-də saat 18 radələrində Masallı rayonunun Kubin kəndinin yaxınlığında yerləşən "Qamo" istirahət mərkəzində hovuzda boğularaq ölən 10 yaşlı uşağın adı Novruzov Rauf İlkin oğludur. Onun hovuzda boğulduğunu əks etdirən kadrları istirahət mərkəzində dincələn insanlar videoya çəkib və ictimailəşdirib.

Sakinlərin bildirdiyinə görə, Masallı rayon Qarğalıq kənd sakini olan 10 yaşlı Novruzov Rauf İlkin oğlunun (atası rəhmətə gedib) boğulduğu bilinəndən sonra təcili yardım maşını ilə onu qonşu Miyankü kəndinə ("Qamo" istirahət mərkəzindən ora 3 km-dir), Masallı regional təcili yardım xəstəxanasının Baş həkimi Firudin Qənbərovun evinə aparıblar. Lakin uşağın öldüyü və ona heç cür yardım etməyin mümkün olmadığını biləndən sonra meyit Masallı rayon mərkəzi xəstəxanasının baş həkimi Cəlil Nəzərovun evinə götürülüb. Daha sonra isə uşağın "qarpızdan zəhərlənməsi" versiyası başlayıb.

Cəlil Nəzərov "Palmali" Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimov qohumu, rayon xəstəxanasının baş həkimi olmaqla bərabər, həm də "Qamo" istirahət mərkəzinin sahibidir və sakinlər hesab edir ki, məhz o, bu cinayətin ört-basdır edilməsində maraqlıdır.

Tarix
2014.07.22 / 15:50
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

ABŞ-dan yeni "dalğa": Şuşa açıqlaması və 600 min rüşvət…

İlham Əliyev və Rəisi bu iki bəndin açılışında iştirak edəcək

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Foto

Kupman Cənubi Qafqazdan sonra Türkiyəyə gedir

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

Baxçalı “Əhməd Cavad" Şərəf Medalı ilə təltif olundu

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla