Yuxarı

İşədüzəltmə firmaları vətəndaşları belə soyur

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxtda fəaliyyət göstərən, vətəndaşları "işə düzəltmək" adı ilə tovlayaraq pul yığan obyektlərin sayı gündən-günə artmaqdadır.

Axar.az olaraq redaksiyamıza daxil olan bir məktubla Bakıda fəaliyyət göstərən bu firmalardan birinin əməlini oxucularımıza təqdim edirik. Qeyd edək ki, məktubda yazılanlar heç bir təhrif olmadan, iş axtaran sadə paytaxt sakininin başına gəlib:

"Ölkəyə dönəndə işsiz qalacağımı bilsəm də, əlimdə qalan 3-5 manatla aldadılacağımı bilmirdim. İşədüzəltmə şirkətləri ilə maraqlanmağa başladım və qarşıma çıxan ilk on nömrəyə zəng etdim. Nəhayət ki, bir şirkət internet vasitəsi ilə məlumat verməkdən imtina etdi və məni öz ofislərinə dəvət etdi. Çox sevinirdim. Böyük həvəs və həyəcanla İçərişəhər metrostansiyasından çıxıb İstiqlaliyyət-23 ünvanında yerləşən ofisə gəldim. Mənə verilən nömrəyə zəng etdim, gəldiyimi bildirdim. Həyətin uzaq küncündəki qapıya gəlməyimi dedilər.

Söhbət "Bahar" işədüzəltmə mərkəzindən gedir. Amma mən onların fırıldaqçı olduğunu sonra biləcəkdim…

Orda məni koordinator adlandırdıqları bir nəfər qarşıladı və dialoq başladı. Öncə nə iş istədiyimi soruşdular. Onlara izolyasiya işləri üzrə usta olduğumu və belə bir iş istədiyimi bildirdim. Bundan sonra qarşımdakı xanım mənə öz qaydalarını izah etməyə başladı. Onun sözlərinə görə, işə düzəlməyimin qarşılığında alacağım ilk ayın maaşının 50 faizini onlara verməliyəm. Bundan başqa indi imza atacağım sənədlərə görə də 10 manat pul ödəməliyəm. İş alınmasa belə, pul heç bir halda geri qaytarılmır. Onların şərtlərindən biri də şəxsiyyət vəsiqəmin 1 ay müddətində onlarda qalması idi. Bildirdim ki, şəxsiyyət vəsiqəsi yalnız istisna hallarda polisə verilə bilər. Xanım isə mənə bu şərtlərin onların daxili qayda-qanunu olduğunu və iş istəyirəmsə, bu qaydalara əməl etməyin vacib olduğunu bildirdi. Bu, müdiriyyətin tapşırığıymış. Məndən bir neçə kağızı imzalamağımı istədi və mən, bütün bunların oyun olduğunu bilə-bilə imza atdım".

Bundan sonra iş axtaran vətəndaşı bir ünvana göndəriblər. 4 günlük get-gəldən sonra orada çalışan işçilər belə şərtlərlə iş olmadığını, onun aldandığını deyiblər:

"Mən dərhal şəxsiyyət vəsiqəmin, pulumun alındığı ofisə gəldim və məni aldatdıqlarını dedim. Onlardan sənədimi və pulumu tələb edərkən heç kim məni ciddi qəbul etmədi. Məni ora göndərən xanım isə nəzərini telefonundan ayırmadan "A, bu, necə ola bilər? Orada iş olmalı idi axı?" - deyərək heç bir şey olmamış kimi mobil telefonu ilə qurdalanmağa davam etdi. Onlardan pulumu ala bilməsəm də, şəxsiyyətimi təsdiq edən sənədi alıb uzaqlaşdım. Fikrimcə, hüquq-mühafizə orqanları bu hadisəni ciddi araşdırmalı və insanların son qəpiyinə göz dikən cinayətkarları cəzalandırmalıdır".

Tarix
2014.07.24 / 22:15
Müəllif
Nihad Cəbrayıl
Şərhlər
Digər xəbərlər

İki deputatımızın rüsvayçı açıqlaması: Nikol sevinir - Video

Prezident Yan Vanmini qəbul etdi

Ermənistan ordusu iyuna qədər... – Araik hansı sirləri açıb?

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla