Yuxarı

Bakıda bu gün: duman, gün boyu hava... - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda bu gün: duman, gün boyu hava... - Video

Səhər saatlarından etibarən Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Report-a bildirib ki, Bakıda və Abşeron yarımadasında hazırda cənub-qərb küləyi əsir:

"Küləyin arabir güclənməsi müşahidə olunur. Cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Dumanın gün ərzində davam edəcəyi, günün ikinci yarısında zəifləyəcəyi gözlənilir".

Dumanın səbəbinə gəlincə mütəxəssis bildirib ki, bir neçə gündür dənizdən hərəkət edən cənub-şərq küləyinin üstünlüyü duman qatının əmələ gəlməsinə səbəb olub: "Hazırda havanın temperaturu 8 dərəcədir. Gün ərzində havanın temperaturunun 7-11 dərəcə arasında dəyişəcəyi proqnozlaşdırılır".

Tarix
2018.02.05 / 09:46
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvanda mitinqdə azərbaycanca səs yazısı - Video

İrəvan bu dəyişiklikləri etməsə... - Dəmirtürk

Bu türk ölkəsi ilə hərbi əməkdaşlıq müzakirə edildi - MN

Argentina səfiri ADU-nun qonağı oldu

Azərbaycanlı gəncin hesabında 22 milyard dollar...

Nazirlər Kabinetindən mühüm qərar

Saakaşvilidən ermənilərə müraciət: Ona səs verin!

AB və Azərbaycan bu sənədin layihəsini razılaşdırdı - XİN

Deputat Bakı Enerji Həftəsinin əhəmiyyətindən danışdı

Türkiyədə ermənilərlə görüş: Bakı ilə münasibətləri sarsıtmaq...

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla