Yuxarı

DMX-dan qanunsuz miqrantlarla bağlı açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər nəticəsində ölkədə qeyri-qanuni yaşadıqları aşkar edilmiş və Xidmətin Bakı şəhər Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində yerləşdirlimiş Hindistan vətəndaşlarının saxlanma şəraiti barədə bəzi xəbər saytlarında həqiqətə uyğun olmayan məlumatlar dərc edilib.

Axar.az xəbər verir ki, bununla bağlı mətbuat nümayəndələri Bakı şəhər Qanunsuz Miqrantların Saxlanılması Mərkəzinə dəvət ediliblər.

Mətbuat nümayəndələri Mərkəzdə yaradılmış şəraitlə yaxından tanış olub, adından məlumat yayılmış Hossain Abdulla ilə görüşub və ondan müsahibə götürüblər.

Dövlət Miqrasiya Xidməti olaraq bəyan edirik ki, Hindistan vətəndaşları Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində 6 nəfər olmaqla saxlanırlar. Onlar gündə üç dəfə normal qida ilə təmin edilirilər və xidmət personalından hər hansı şikayətləri yoxdur.

Ümumiyyətlə, Qanunsuz Miqrantların Saxlanılması mərkəzlərində yaradılmış şərait beynəlxalq standartlara tam cavab verir və bu mərkəzlərdə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqlarının qorunması üçün bütün zəruri tədbirlər görülüb. Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Uliyam Leysi Svinq Azərbaycana səfəri zamanı bu mərkəzlərdə yaradılmış şəraiti çox yüksək qiymətləndiriblər.

Tarix
2018.02.13 / 20:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla