Yuxarı

ADA-nın Parisdən kənar iclası: Yeni sədr seçildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada Azərbaycanın Dostları Assosiasiyasının (ADA) icra şurası Udan şəhərində təşkilatın Parisdən kənar növbəti iclasını keçirib.

Axar.az xəbər verir ki, iclas ADA-nın prezidenti, Fransa Milli Assambleyasının sabiq üzvü Jan Fransua Mansel və assosiasiyanın baş katibi Mirvari Fətəliyevanın başçılığı ilə idarə olunub.

Sessiya zamanı Assosiasiyanın idarə heyətinin üzvlüyünə namizədlərin siyahısı təqdim olunub, yeni tərkib təsdiq edilib.

Assosiyasiyanın prezidenti vəzifəsinə sabiq deputat Jan Fransua Mansel seçilib. UNESCO-nun xoşməramlı səfiri Edva Ser, tanınmış fransız bəstəkarı Pyer Tilua, yazıçı, jurnalist, Jan Pyer Alali vitse-prezidentlər, Mirvari Fətəliyeva isə üç il müddətinə baş katib vəzifəsinə seçilib.

Sonra sessiya üzvlərinə Assosiasiyanın ötən il ərzində fəaliyyətini işıqlandıran məlumat xarakterli layihə təqdim olunub.

Daha sonra assosiasiyanın cari il üçün nəzərdə tutulmuş proqram və layihələri müzakirə olunub.

Tarix
2018.02.19 / 01:03
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Bayramov Fidanla görüşdü

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət etdi

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla