Yuxarı

Rusiya qanuni oğruları öz ölkələrinə göndərir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ölkədə keçiriləcək futbol üzrə Dünya Çempionatı ilə əlaqədar olaraq ölkədən qanuni oğruların ekstradisiyasına başlayıb.

Axar.az xəbər verir ki, “Komsomolskaya Pravda” qəzeti qanuni oğruların ölkədən qovulması haqqında qərarın Rusiya Daxili İşlər naziri Vladimir Kolokoltsev tərəfindən verildiyini yazıb.

DİN-in yaxın günlərdə bir neçə kriminal avtoriteti ölkədən çıxaracağı bəlli olub. Belə ki, Moskvanın Gürcüstana Aslan Kobuladze, Suliko Şarikadzeni, Qırğızıstana Kamçibek Kolbayevi (ABŞ-ın sanksiyaları altındadır – red.) verməsi nəzərdə tutulub.

“Komsolmoslkaya Pravda”nın mənbələri hazırda Rusiya ərazisində 432 aktiv qanuni oğrunun yaşadığını, bundan 318-nin azadlıqda, 31-nin istintaq altında, 19-nun isə axtarışda olduğunu bildirib. Kriminal avtoritetlər arasında əsas üstünlüyə Gürcüstandan olan şəxslər sahibdir. Onların sayı 242 nəfərdir. Sonrakı yerlərdə isə ruslar (51), ermənilər (30), yezidi kürdləri (26), azərbaycanlılar (16), abxazlar (10), çeçenlər (8), yəhudilər (7) qərarlaşıblar.

Qeyd edək ki, Rusiyanı tərk edən oğruların geri qayıtması tam qadağan edilib.

Moskva indiyə qədər Rusiyadan Gürcüstana Baçuka Paçuliyanı, Azərbaycana isə Dadaş Bakinskini deportasiya edib.

Tarix
2018.02.21 / 12:52
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Sahibzadə Sultan Əhməd Əlini qəbul etdi

Nikolun “modeli”ni bəyanatda kim tapsa, 500 dollar verəcəm

Xoyskinin Rəsulzadəyə məktubu: Bu ərazini ermənilərə vermək...

Təbrizin qızıl bazarında satıcılar tətilə başladı - Foto

Bakıda 12 nəfərin ölümü ilə nəticələnən terakt - Foto

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla