Yuxarı

Şirkətdə qətl törədənə hökm oxundu – 18 il

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda “İraq Hava Yolları” şirkətinin ofisində qətl törədən Elşən Bəşirovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Axar.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Elşən Bəşirov 18 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, bu il yanvarın 7-də Xətai rayonu ərazisində yerləşən Dəmirçi Plaza MMC-nin binasında icarə əsasında fəaliyyət göstərən “İraq Hava Yolları” şirkətinə məxsus ofisdə qətl hadisəsi baş verib.

Həmin şirkətdə sürücü işləyən Bakı şəhər sakini Elşən Bəşirov münaqişə zəminində “COBALT” markalı tüfəngdən atəş açaraq satış üzrə menecer Əli Ağalını qətlə yetirib.

Hadisədən əvvəl Elşən Bəşirov idarə etdiyi “Toyoto” markalı avtomobillə hava limanına gedib. Avtomobildə Əli Ağalı da olub. Yolda mübahisə yaranıb. Elşən Bəşirov evə qayıdaraq ov tüfəngini götürərək ofisə gəlib, Əli Ağalını öldürüb.

Tarix
2018.02.22 / 13:37
Müəllif
Hacı Zeynalov
Şərhlər
Digər xəbərlər

Erməni xalqı müharibəni seçir? - Ekspert

Zəngəzura, Göyçəyə gedən yol - Üç mühüm ssenari…

Mayın 10-da Almatıda nələr müzakirə olunacaq?

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı - Video

Serj, Robert, banan Manukyan indi başqa sifətlə gəlir

Azərbaycanla müharibə etmək istəyirlər? - Simonyan

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Əli Əsədov qərar imzaladı

Müsavatdan Elçibəyə qarşı hörmətsizlik - Foto

Prezident İqor Babuşkini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla