Yuxarı

Lotu Quli həbsxanaya kimə görə zəng edib? – Şok detallar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvada yerləşən və Avropanın ən böyük meyvə-tərəvəz bazası “Fud-Siti uğrunda krminal vəziyyət ən kəskin məqamına çatıb.

Lent.az-ın məlumatına görə, hər gün sübh tezdən hava qaralanədək bazarın həndəvərində Lotu Quliyə yaxın onlarla şəxs növbə çəkir. Onlar bazadakı bütün iri və orta səviyyəli iş adamlarına kimə xərac verəcəkləri ilə bağlı xəbərdarlıq edirlər.

Məlumata görə, bazada bir sıra maliyyə kanallarına nəzarət edən və Rövşən Lənkəranskinin qohumu kimi tanınan Zaur Əhmədov də mövqelərini itirməkdədir. Hazırda Zaurun 6 nəfər mühafizəçiylə gəzdiyi bildirilir. O, həmin mühafizəçilərlə birgə bazadakı ofisinə gəlir və gecə saatlarında da oranı tərk edir.

Moskvadakı hüquq-mühafizə orqanlarındakı mənbədən "Rosbalt" agentliyinə daxil olan məlumata görə, Zaur hər an sui-qəsdə məruz qala bilər. Bunu o, özü də gözəl başa düşür və məhz bu səbəbdən mühafizəsini gücləndirib.

Bu arada o da məlum olub ki, Lotu Quli İstanbuldan Moskvada yerləşən “Medvedkovo” həbsxanasına zəng edib. Mötəbər mənbədən adıçəkilən agentliyə bildirilib ki, Quli kriminal aləmdə Albert Rıjıy kimi tanınan Əli Heydərova şəxsən zəng edərək onun qanuni oğru adını əlindən aldığını bildirib. Albert Rıjıya bildirilib ki, o, həbsxanada qanuni oğru adı altında yatmayacaq.

Məlumata görə, bundan sonra postsovet məkanının nüfuzlu qanuni oğruları Andrey Miroyedov (Mirıç), Qiya Meoporiya (Qiya) və Saçino Qeqeçkori (Saçino) Quliylə telefon söhbətlərində Albertin "qanuni oğru" adının geri qaytarlmasını xahiş ediblər. Quli isə cavabında bildirib ki, onun verdiyi qərar əsaslıdır və geri dönüşü yoxdur.

Tarix
2018.03.17 / 17:41
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ-dan yeni "dalğa": Şuşa açıqlaması və 600 min rüşvət…

İlham Əliyev və Rəisi bu iki bəndin açılışında iştirak edəcək

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Foto

Kupman Cənubi Qafqazdan sonra Türkiyəyə gedir

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

Baxçalı “Əhməd Cavad" Şərəf Medalı ilə təltif olundu

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla