Yuxarı

Fond bu ailələrə Novruz sovqatı payladı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Novruz bayramı münasibətilə aztəminatlı ailələrə sovqatlar paylanılır.

Fonddan Axar.az-a bildiriblər ki, layihə respublika üzrə ünvanlı sosial yardım alan bütün ailələri əhatə edir.

Martın 14-dən etibarən Heydər Əliyev Fondunun ezam olunan əməkdaşları regionlar və Bakının rayonlarında ünvanlı sosial yardım alan ailələrə müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatları çatdırır, sakinlər təbrik olunur.

Qeyd edək ki, öz fəaliyyətində sosial istiqaməti prioritet götürən Heydər Əliyev Fondu qeyri-hökumət təşkilatı olaraq sosial-iqtisadi inkişafa yönəlik dövlət proqramlarına dəstək verərək müxtəlif layihələr həyata keçirir. Fond valideyn himayəsindən məhrum uşaqlar, xüsusi qayğıya ehtiyacı olan şəxslərlə yanaşı, aztəminatlı ailələri də daim diqqətdə saxlayır, onlara müxtəlif bayramlarda, əlamətdar günlərdə baş çəkir.

Xatırladaq ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2016-cı ildə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları, 2017-ci ildə Novruz bayramı münasibətilə də respublika üzrə bütün ünvanlı sosial yardım alan ailələrə sovqatlar paylanılıb, sosial yardıma ehtiyacı olan minlərlə şəxs üçün bayram süfrələri təşkil edilib, hədiyyələr verilib.

Həyata keçirilən bu cür layihələr vətəndaşların sosial rifahının yüksəldilməsinə töhfə verməklə yanaşı, onların qayğı ilə əhatələnməsi, əlamətdar günlərdə aztəminatlı ailələrə bayram əhval-ruhiyyəsi yaşatmaq məqsədi daşıyır.

Heydər Əliyev Fondunun bayram sovqatlarının paylanılması martın 19-dək davam edəcək.

Tarix
2018.03.19 / 01:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla