Yuxarı

Cocuq Mərcanlıda 24 il sonra ilk bayram - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cocuq Mərcanlı sakinləri 24 ildən sonra ilk dəfə olaraq öz ata-baba torpaqlarında novruz bayramını qeyd edəcəklər. Uğurlu aprel döyüşlərindən sonra öz doğma kəndlərinə qayıdan ailələr bayram hazırıqlarını başa çatdırıblar. Digər cəbhə kəndlərində də bu gün bayram sevinci yaşanıb.

Xəzər xəbər-in məlumatına görə, 24 il sonra bütün kənd bir yerə toplaşıb bayramı sevinclə qeyd edirlər. Cocuq Mərcanlı sakinləri bu bayramı başqa bir həyəcanla qarşılayır.

Uzun illər müxtəlif yerlərdə məcburi köçkün həyatı yaşayan sakinlər xeyli müddət sonra ilk dəfə öz doğma el-obalarında tonqal qalayıb onun ətrafına toplaşıblar.

Bayram sevinclərini bölüşən sakinlər uzun sürən həsrətin sona çatdığını deyirlər. Öz evində və yurdunda bayram keçirməyin böyük zövq verdiyini bildirirlər.

Ağdamın cəbhə xəttində yerləşən Orta Qərvənd kəndində də bayram ab-havası yaşanır. Kənd sakinləri düşmənlə üz-üzə olmalarına baxmayaraq, bacardıqca qədim el adətlərini qoruyub saxlamağa çalışırlar. Balacalar yumurta döyüşdürür, gənclər dirədöymə oynayır və papaq atırlar.

Amma tədbiri də əldən verməyən kənd sakinləri artıq neçə illərdir bayram tonqalını vaxtından qabaq, yəni gün batmazdan əvvəl qalamaq məcburiyyətində qalırlar.

Digər cəbhəboyu kəndlərdə də bayram sevinci hər şeyə rəğmən fərqli yaşanır.

Tarix
2018.03.20 / 23:31
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla