Yuxarı

Fazil Mustafa Cavid Qurbanova dəstək verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fazil Mustafa Cavid Qurbanova dəstək verdi

"Azəryolservis"in normadan artıq yük götürən iri tonnajlı avtomobillərin qanunvericiliyə uyğun cərimələnməsi tədbirlərini dəstəkləyirəm".

Axar.az xəbər verir ki, bu fikirləri millət vəkili Fazil Mustafa öz Feysbuk səhifəsindən paylaşıb. Onun sözlərinə görə, bəzi sürücülər həddən artıq özbaşınalıq edirlər:

"Özbaşınalığın həddinə bax ki, bəzi maşınlar saxlayıb yoxlamadan keçməkdən belə imtina edib, sürətlə uzaqlaşırlar. Adamın heyfi gəlir, dövlət büdcəsi hesabına yaxşı-pis çəkilən yollar normadan artıq yük götürən maşınların hesabına qısa müddətə kələ-kötür vəziyyətə düşür. Adamlar artıq anlamalıdırlar ki, kiminsə beş-on manat artıq qazanması hesabına yolların sıradan çıxarılmasına dözümlü yanaşmaq olmaz. Hələ körpülər üçün bu maşınların hərəkəti daha təhlükəlidir. Bir neçə dəfə məhz bu səbəbdən rayonlarda körpülərin qəzalı vəziyyətə düşməsini görmüşük. Əslində bu işdə sadə sürücülərdən çox, bu yükü vuran və qəbul edən sahibkarların günahı böyükdür. Ümumiyyətlə, yük maşınları üçün alternativ yolların olması problemin həllinə daha çox yardım edərdi".

Xatırladaq ki, normadan artıq yüklənən ağır tonnajlı maşınlara qarşı Nəqliyyat Nazirliyi mübarizə aparsa da, sürücülər hələ də bu qadağalara məhəl qoymurlar.

Tarix
2014.08.12 / 02:08
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

Prezidentə təbriklər davam edir

“Şanlı zəfərin Böyük Qayıdış mərhələsi” tədbiri keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla