Yuxarı

Hacıbala Abutalıbov istefa verdi? – Meriyadan açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:09

Hacıbala Abutalıbovun istefa verməsi yalan xəbərdir. Elə şey olar? 23 apreldə Formula-1 yarışları başlayır, belə məqamda başçının istefa verməsi necə mümkün ola bilər?

Bu sözləri Axar.az-a Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən icra başçısı Hacıbala Abutalıbovun istefa verməsi ilə bağlı yayılan xəbərə münasibət bildirərkən deyiblər.

Meriya sözçüsünün sözlərinə görə, həftənin birinci günündən etibarən start götürəcək Formula-1 yarışlarına görə Bakı şəhər İcra Hakimiyyəti fasiləsiz olaraq işləyir:

“Hacıbala müəllim hazırda da iş başındadır. Məlumat tamamilə yalandır. Yarışlar ərəfəsinə icra hakimiyyəti fasiləsiz çalışır. Eləcə də Hacıbala müəllim həftə sonları da iş başında olur və hazırda da işdədir”.

Qeyd edək ki, ötən gün Hacıbala Abutalıbovun istefa verdiyi haqda məlumat yayılıb. İddia olunurdu ki, H.Abutalıbov bu gün təyin olunacaq baş nazirə müavin gedəcəyi üçün postundan ayrılıb.

***

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Feysbuk hesabında Hacıbala Abutalıbovun baş bazir müavini seçiləcəyini bildirib.

“Bakımıza böyük itki. Hacıbala müəllim yeni baş nazirə müavin gedir” – deyə o qeyd edib.

Qeyd edək ki, Milli Məclisin bugünkü iclasında Novruz Məmmədov 113 deputatın dəstəyi ilə Azərbaycanın yeni baş naziri postuna seçilib.

Tarix
2018.04.21 / 13:15
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

İki deputatımızın rüsvayçı açıqlaması: Nikol sevinir - Video

Prezident Yan Vanmini qəbul etdi

Ermənistan ordusu iyuna qədər... – Araik hansı sirləri açıb?

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla