Yuxarı

“Bakcell” bu gənclərin xəyallarını gerçəkləşdirir - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi “Bakcell” şirkəti “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İctimai Birliyinin himayəsində böyümüş və digər internat müəssisələrindən məzun olmuş gənclərin biznes ideyalarını reallaşdırmaq üçün maliyyə vəsaiti ayırıb. Bu dəstək sayəsində 3 nəfər gənc öz kiçik bizneslərini qurmaq imkanı əldə edib.

Axar.az xəbər verir ki, “Bakcell”in dəstəyi sayəsində icra olunan “Gənclərin Karyera və İnkişaf Mərkəzi” layihəsində öz biznes planı ilə fərqlənmiş və fəaliyyətə artıq hazır olan bizneslərdən birinin açılışı olub. "Floristika Gül Dükanı"nın açılış mərasimində “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası, "Bakcell" şirkətinin nümayəndələri, ictimai xadimlər və kütləvi informasiya vasitələri nümayəndələri iştirak ediblər.

Yeni dükanın sahibi Kazımli Seymur dövlət uşaq müəssisəsində boya-başa çatıb və gənc vaxtlarından gül mağazasında köməkçi işləyib. Biznesmen olmaq arzusu ilə 7 il ərzində işçi kimi gül biznesi ilə məşğul olan Seymur öz gül mağazasını açmağa iddialı olub və mükəmməl biznes plan tərtib edərək layihədə qalib olub.

“Bakcell” şirkəti ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan uşaq və gənclərin təhsili, bacarıqlarının artırılması, gələcəkdə iş qura bilmə qabiliyyətlərinin təmin edilməsi və sosial rifahın yaxşılaşdırılmasına yönəlmiş bir çox layihəni uğurla həyata keçirir. Biz çox şadıq ki, “SOS Uşaq Kəndləri-Azərbaycan” ilə uzun illər öncə başlanılmış əməkdaşlığımız öz bəhrəsini verməyə davam edir və dəstək göstərdiyimiz gənclərin artıq biznes sahiblərinə çevrilməsini görməkdən qürur duyuruq” deyə “Bakcell” şirkətinin İctimaiyyətlə Əlaqələr və Korporativ Kommunikasiyalar Departamentinin rəhbəri Süheylə Cəfərova bildirib.

“Mən uzun illərdir ki biznes qurmaq və gül dükanı açmaq arzusunda idim və bu gözəl layihə sayəsində mənim xəyallarım gerçəyə çevrilib. Əminəm ki, bu təcrübə gələcək həyatima da öz töhfəsini verəcək. Mənim üstümdə əməyi olan “SOS Uşaq Kəndləri-Azərbaycan” təşkilatına və “Bakcell” şirkətinə sonsuz təşəkkürümü bildirirəm”, deyə Seymur Kazımlı bildirib.

Qeyd edək ki, layihənin ötən il həyata keçirilən birinci mərhələsində “SOS Uşaq Kəndləri – Azərbaycan“ Assosiasiyasının himayəsində olan 15 gənc “Öz biznesinə başla və təkmilləşdir” adlı təlimlərdə iştirak edib. Qiymətləndirmə nəticəsində ən yüksək nəticələr nümayiş etdirən 3 uğurlu biznes layihəsi Bakcell şirkəti tərəfindən maliyyələşdirilib. Bu biznes layihələri Bakı şəhərində “Floristika gül dükanı“ və “Çay evi”, Gəncə şəhərindən isə “Meyvə bazarı” layihələridir.

“Bu layihəyə dövlətin də yaxından dəstəklədiyi Beynəlxalq Əmək Təşkilatının (BƏT) özünəməşğulluq proqramının bir hissəsi kimi baxmaq lazımdır. Mən çox şadam ki, Bakcell şirkəti ilə başladığımız bu təşəbbüs artıq öz bəhrəsini verməyə başlayıb. Biz bu istiqamətdə əməkdaşlığımızı davam etdirəcəyik və mən inanıram ki, gələcəkdə daha çox gənc insan bu layihədən faydalanacaq”, deyə “SOS Uşaq Kəndləri-Azərbaycan” təşkilatının Milli Direktoru Rəşad Hüseynov bildirib.

Qiymətləndirmə zamanı əsas meyarlardan biri biznes planın düzgün hazırlanması, ideyanın real bazar şərtlərində özünü nə qədər doğruldacağı, bu işdə müraciət edənin təcrübəsi və biznes planı təqdim edən gəncin sosial durumu nəzərə alınıb. Qalib gələn gənclərin hər 3-ü təqdim etdikləri biznes ideya üzrə iş təcrübələri var.

Xatırladaq ki, "Bakcell" şirkəti 2009-cu ildən etibarən “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İB ilə əməkdaşlıq çərçivəsində valideyn himayəsindən məhrum olmuş və aztəminatlı ailələrdən olan uşaq və gənclərə öz dəstəyini göstərir.

Tarix
2018.04.23 / 16:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla