Yuxarı

Valideynlər məsuliyyətə cəlb oluna bilər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Valideynlər məsuliyyətə cəlb oluna bilər

"Azərbaycanda valideynlər uşaq məsuliyyətsizliyinə görə təklif olunan yeni qanunla cəzalanacaqlar".

Bu sözləri Axar.az-a açıqlamasında Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov Azərbaycanda valideyn məsuliyyətsizliyi məsələsinə münasibət bildirərkən deyib.

Elgün Səfərovun sözlərinə görə, valideyn məsuliyyətsizliyi ilə əlaqəli yeni qanun layihəsinin irəli sürülməsi ilə bağlı təkliflər artıq Sosial Müdafiə Nazirliyinə təqdim olunub:

"Hazırda bu təkliflər üzərində işlər gedir. Bizim yeni qanun layihəsi ilə bağlı irəli sürdüyümüz təkliflərin əsas mahiyyəti valideyn məsuliyyətsizliyinin azaldılması və demək olar ki, bu kimi halların tamamilə aradan qaldırılmasıdır. Son vaxtlar avtomobil idarə olunarkən uşaqların təhlükəsizliyi ilə bağlı yol verilən səhvlər, ictimai yerlərdə valideyn üzərinə düşən və buna görə məsuliyyət daşıdığı bir çox prosedurlara əməl olunmaması kimi hallar tərəfimizdən müşahidə olunur və bu, yolverilməzdir. Yeni təklif etdiyimiz qanun layihəsi məhz valideyn məsuliyyətinin qorunmasına xidmət edəcək. Bizim irəli sürdüyümüz uşaqların təhlükəsizliyinin qorunmasına görə valideyn məsuliyyəti ilə bağlı təkliflərlə yanaşı, inzibati xətalar və ailə məcəlləsinə, uşaq hüquqları məcəlləsinə dəyişikliklərin olunması və eyni zamanda qaraçı küçə uşaqlarının reabilitasiyası ilə bir sıra təkliflər də nəzərdə tutulub. İrəli sürdüyümüz 15-dən artıq təklif və dəyişikliklərə hakimiyyət orqanları tərəfindən baxıldıqdan sonra təklifin müzakirəsi və qəbulu üçün Azərbaycan Respublikasının Milli Məclisinə göndəriləcək.

Tarix
2014.08.18 / 19:26
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

İsveçrə XİN rəhbəri Azərbaycana təşəkkür etdi

Daha bir ölkə Tehrandakı səfirliyini Bakıya köçürdü

Bayramov Pakistan XİN rəhbəri ilə regionu müzakirə etdi

Türkiyənin bu kanalı Azərbaycanı “hədəf” göstərdi

Rusiyanın yardımla yüklü təyyarəsi Lənkərana endi - Video

Bakı və İrəvan arasında sülh prosesi Fransada müzakirə edildi

Qonşu ölkələr ABŞ bazalarını bağlamalıdır... - Xamenei

Xamenei xalqa ilk müraciətini etdi: Qisas alınacaq!

Çalışırıq ki, kimsə gəlib regionda bizə dərs deməsin!

İrana ilk humanitar yardımı Azərbaycan göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla