Yuxarı

Ermənilər gürcü ailəsini işgəncələrlə məhv etdi - Bidzadze

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənilər azərbaycanlılarla yanaşı, gürcülərə qarşı da amansız soyqırımlar törədiblər.

APA-nın məlumatına əsasən, bunu Gürcüstanın tarix elmləri doktoru, akademik Şadiman Bidzadze deyib.

Tarixçi bildirib ki, ermənilər 1905-1907-ci illərdə Tiflis ətrafındakı gürcü kəndləri dağıdıblar: “Bununla yanaşı onlar cənubi Gürcüstanda da müsəlman gürcülərə qarşı dəhşətli cinayətlər törədiblər. Ermənilər Palavandişvililər ailəsini çox amansız işgəncələrlə qətlə yetirərək onlara qarşı etnik təmizləmə həyata keçiriblər”.

Ş. Bidzadze qeyd edib ki, ermənilər artıq dərk etməlidirlər ki, onlar qonşuları ilə daima düşmənçilik şəraitində yaşaya bilməzlər: “Onlar Azərbaycanın əzəli torpağı olan Qarabağdan əl çəkməlidirlər. Gürcüstan kimi Azərbaycan da heç zaman işğal olunmuş torpaqlarını güzəştə getməyəcək. Qarabağ Azərbaycanın mərkəzi, Şuşa isə musiqi mərkəzidir".

O əlavə edib ki, 1795-ci ilin sentyabrında 150 azərbaycanlı Tiflisdə gürcü şahı II İrakli uğrunda canından keçib: “Onlar şahı mühasirədən çıxarıblar, özləri isə döyüş meydanında həlak olublar. Azərbaycanlılar igid babaları ilə fəxr edə bilərlər. Tiflisdə yaşayan və şəhərə qonaq gələn azərbaycanlılar da bilməlidirlər ki, bu torpaqlar onların igid babalarının qanları ilə suvarılıb”.

Tarix
2018.04.26 / 18:23
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla