Yuxarı

Mülki Müdafiə Qoşunlarında hərbi təlimlər keçirilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mülki Müdafiə Qoşunlarında hərbi təlimlər keçirilir

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunlarının döyüş hazırlığı planına əsasən, hərbi xidmətə yeni çağırılmış gənc əsgərlər üçün xüsusi hazırlıq məşğələləri keçirilir.

FHN-dən AzərTAc-a bildiriblər ki, məşğələlərin keçirilməsində məqsəd gənc əsgərlərə Mülki Müdafiə Qoşunlarının tabeliyində olan ən müasir pirotexniki vasitələri, xüsusi geyim dəstlərini, deşici və kəsici alət və avadanlığı göstərməklə yanaşı, onların praktiki işləmə prinsipini nümayiş etdirməkdir.

Xüsusi hazırlıq dərslərinin gedişində, ilk növbədə ümumi təhlükəsizlik qaydaları, alət və avadanlığın istifadəsi zamanı zəruri və mühüm texniki məlumatlar çatdırılıb. Minaaxtaran heyətin partlayış təhlükəli əraziyə çatdırılması üçün nəzərdə tutulmuş QAZ-27057-nin bazasında pirotexniki avtomobili, onun taktiki-texniki imkanları geniş izah edilib. Partlayış təhlükəsi olan ərazidə mina və hərbi sursatın axtarışı, aşkarlanmış mina və hərbi sursatın zərərsizləşdirilməsi, yerindəcə partladılması məqsədilə istifadə olunan "A 1", "A 2" və "A 3" qoruyucu geyim dəstləri şəxsi heyətə nümayiş etdirilib.

Sonra gənc əsgərlərin marağına səbəb olan müxtəlif təyinatlı mina növləri, mina axtaran cihazlar ( RP-507, RP-507-T, meduza), şuplama əməliyyatı, elektrik və qeyri-elektrik detonatorları, elektrik və qeyri-elektrik partlama üsulu istehkamçı çantası, mina partlayıcı maşını (KMP) əyani olaraq göstərilib, onların təyinatları izah edilib.

Tarix
2014.08.18 / 23:28
Müəllif
Axar.az
Digər xəbərlər

Şuşa azad olunanda Putin... – Əliyevdən diqqətçəkən sözlər

Göstəriş verildi, 217 avtobus alınacaq - Əliyev

Sabah bununla bağlı sərəncam imzalayacam - Prezident

İlham Əliyev Naxçıvanda sosial evlərin təməlini qoydu

Naxçıvana Ermənistandan elektrik xətləri çəkiləcək

Əcəmi Naxçıvaninin abidəsi açıldı - Foto

Prezidentdən Naxçıvan səfəri ilə bağlı - Video

İrana ikinci dəmir yolu xətti açılacaq - İlham Əliyev

Hazırda Təbriz səmasında qeyri-adi işıq görülür - Video

Prezident Möminə xatun türbəsində bərpa işləri ilə tanış oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla