Yuxarı

"Suda batanların sayı şəhidlərimizdən çoxdur"

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Statistika göstərir ki, yay aylarında suda batanların sayı hətta şəhidlərin sayından çox olur".

Axar.az xəbər verir ki, bu fikri millət vəkili Aydın Mirzəzadə Feysbuk səhifəsində yay mövsümündə dənizdə boğulan uşaqlarla bağlı yazıb.

A.Mirzəzadə qeyd edib ki, uşaqlığı Mingəçevirdə Kür sahilində keçib:

"Evimizlə çay arasındakı məsafə cəmisi 200 metr idi.

Suda batma halları demək olar ki, olmurdu. İlk səbəb isə ondan ibarət idi ki, valideynlər daima uşaqlarının harda olduğunu bilirdilər. İkinci səbəb isə o idi ki, uşaqlar heç zaman Kürdə çimməyə tək getmirdilər. Üçüncü səbəb o idi ki, uşaqlar həmiçə ancaq çoxluq olan yerdə çimirdilər".

Deputat digər səbəbləri də sadalayıb. A.Mirzəzadə başına gələnləri əlavə edib: "Kür sahilində Arkadi adlı bir erməni oğlan kimin Kürün o biri sahilinə üzüb dərhal da geri qayıda biləcəyini soruşdu. O bizdən böyük idi, heç kəs dinmədi, çünki riskli idi.

O bizə lağ eləməyə başladı. Mən dözməyərək üzə biləcəyimi dedim. O, 3 manata mərc gəlməklə birlikdə üzəcəyimizi dedi, yenə lağ etdi. Mənim 3 manatım olmasa da, razılaşdım. Kürü keçdik və o dəqiqə də geri qayıtdıq. Erməni oğlan pərt oldu. O zaman mənim 12 yaşım var idi".

Tarix
2014.08.19 / 15:26
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

Buna görə müstəqil olmadıq, başqalarından asılı yaşadıq

COP29 Qafqazda sülh prosesinə kömək edə bilər - Qafarov

Yenə bizim olmayanları alaq, bizə hücum edilsin?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla