Yuxarı

Uşaq evində biabırçılıq: 150 yazılıb, amma... - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün demək olar ki, bütün uşaq evlərində eyni vəziyyət müşahidə olunur. Baş həkimin vəzifədən azad edilməsi isə bu söz-söhbətlərin yatırılması ilə nəticələnir.

Bu sözləri Axar.az-a 1 saylı Körpələr Evinin baş həkimi Nəhayət Əliyeva haqqında yayılan xəbərlərdən danışan sosioloq Əhməd Qəşəmoğlu deyib. Respublikadakı körpələr evlərinə nəzarətin və diqqətin gücləndirilməsinin vacib olduğunu bildirən sosioloq bir hadisəni nümunə göstərib:

“Sizə ölkəmizdə fəaliyyət göstərən körpələr evi ilə bağlı bir faktı danışım. Mən uşaq evləri ilə işləyən zamanı beynəxalq təşkilatlardan biri uşaq evlərinə kömək etmək istədiyini bildirdi. Bunun üçün ingiltərəli bir xanımla uşaq evlərinin birinə qəfil baş çəkdik. Orada 43 uşağın olmasına baxmayaraq, biz gördük ki, qeydiyyatda 150-yə yaxın uşaq var. Bundan sonra o xanım da körpələr evinə yardımdan imtina etdi. Belə halların qarşısını almaq üçün körpələr evinin tabe olduğu qurumlar bu sahəyə ciddi diqqət ayırmalıdırlar. Yalnız dövlət deyil, QTH, media nümayəndələri və digər şəxslər də bu sektora nəzarəti gücləndirilməlidir”.

Sosioloq Cavid İmamoğlu isə uşaqların hüququnun tapdalanmaması üçün ictimai qınaq institutunun ölkəmizdə daha da inkişaf etdirilməsinin vacibliyini deyib:

“Azərbaycan mentalitetində mövcud olan stereotiplər imkan vermir ki, uşaqlara qarşı hər hansı bir alçaltma və ya digər halları bir-birinə xəbər etsinlər. Onlar bunu xəbərçilik hesab edirlər. Yaxşı olardı ki, bu vəziyyət aradan qaldırılsın. Əgər uşaqların hüquqları tapdalanırsa, buna şahid olub bir tədbir görməmək mənəvi və əxlaqi problemdir. Belə halları işıqlandırmaq lazımdır ki, ciddi tədbir görülsün. İctimai qınaq formalaşmasa, günahkarlar da öz cəzalarını almayacaqlar”.

Qeyd edək ki, müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İnstaqram hesabında Bakının Nəsimi rayonunda yerləşən 1 saylı Körpələr Evində valideyn himayəsindən məhrum olan uşaqlar üçün gətirilən ərzaq məhsulları və geyimlərin avtomobillə başqa yerə daşınması ilə bağlı görüntülər paylaşıb. Baş həkimin “yuyulmaq üçün aparılan yataq üzlükləridir” açıqlamasından sonra Aysun daha bir video yayaraq, ərzaq daşındığı iddiasını görüntülərlə təsdiqləyib.

Səhiyyə Nazirliyinin araşdırmasından və yayılan görüntülərin həqiqəti əks etdirmədiyi barədə rəsmi açıqlamasından sonra isə bəzi şəxslər bu körpələr evindən himayəyə uşaq götürmək istədiklərini. lakin baş həkimin onlardan külli miqdarda pul istədiyini yazıblar.

Tarix
2018.05.04 / 08:15
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

ABŞ-dan yeni "dalğa": Şuşa açıqlaması və 600 min rüşvət…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla