Yuxarı

Bakıda ağır yol qəzası - 1 ölü, 5 yaralı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxtın Binəqədi rayonunda ölümlə nəticələnən dəhşətli yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Biləcəri qəsəbəsində qeydə alınıb. Qəza zamanı VAZ 2107 markalı avtomobilin sürücüsü 23 yaşlı Hüseyn Bəylərov idarəetməni itirərək maşını yol kənarındakı işıq dirəyinə çırpıb.

Baş verən qəza nəticəsində 5 nəfər ağır bədən xəsarətləri alaraq təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Sürücü Hüseyn Bəylərov isə, hadisə yerindəcə dünyasını dəyişib.

Eyni zamanda zərbənin təsirindən avtomaşın yararsız hala düşüb. Deformasiyaya uğramış avtomobil evakuator vasitəsilə cərimə meydançasına aparılıb

Baş vermiş hadisə ilə bağlı cinayət işi başlanılıb. Qəzanın dəqiq səbəbləri sərnişinlərin dindirilməsindən sonra məlum olacaq. Faktla bağlı araşdırmalar aparılır.

Tarix
2014.08.23 / 09:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycanda 5-ci nəsil qırıcı istehsalı... - Təcili

Bakı və Ankaranı cilovlamalıyıq ki... – Paşinyan

Prezident Quterreşin xüsusi müşavirini qəbul etdi

Paşinyan Başkənddən danışdı: Məsələni qaldırdıq...

"Qara beretlilər" sərhədimizdə “Üzük” əməliyyatı keçirir

Ermənilərin Vardanyanla bağlı şok planı...

ABŞ-ın sanksiya tətbiq etdiyi ilk Azərbaycan şirkəti...

Ukrayna Azərbaycana çağırış etdi

İrəvan sərhədimizdə nə planlaşdırır? - Nikolun məqsədi

Bakı buna imkan vermir – ABŞ unutmayacaq...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla