Yuxarı

Anar Məmmədovun Hadisəyə aldığı çimərlik dağıdıldı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun məşhur türkiyəli müğənni Hadisə üçün aldığı plyaj dağıdılıb.

Azeuronews.com xəbər verir ki, hadisə Türkiyənin Bodrum şəhərində qeydə alınıb.

Müğənni Hadisəyə aid “La Plaj” məhkəmə qərarı ilə dağıdılıb. Səbəb isə, plyajın qanunsuz salınması olub.

Plyaja aid sənədləri məhkəməyə təqdim edə bilməyən Hadisənin “La Plaj”ı verilmiş müddət başa çatdığından dağıdılıb.

Türk mediasının yazdığına görə, hadisənin “La Plaj”ı müğənni həmkarı Hande Yenerin Bodrumdakı obyekti ilə rəqabətdə imiş. Bu olayın ardından jurnalistlərə açıqlama verən H.Yener ironiya ilə bildirib ki, oraların sahibi odur: “Başqaları obyekt açıb bilirsiniz. Amma, buraların sahibi mənəm”.

“La Plaj” 2016-ci ildə tikilib. Obyektin ilk sahibi Azərbaycanın keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu, işadamı Anar Məmmədov olub. O, bu obyekti Hadisə Azərbaycana gələndə ona hədiyyə edib. O vaxt obyektin sənədləşməsi tam başa çatmayıbmış. 2017-ci ildə Bodrum şəhər bələdiyyəsi ictimai yerə aid ərazinin zəbt edilməsi iddiası ilə məhkəməyə müraciət edib. Məhkəmə prosesi zamanı müğənni Hadisədən obyektin sənədlərini təqdim etməsi tələb olunub. İş adamı Anar Məmmədovdan “La Plaj”ın sənədlərini ala bilməyən Hadisə son məhkəmə prosesində şokla üzləşib. Bodrum şəhər məhkəməsi obyektin qanunsuz olması səbəbi ilə dağıdılması haqqında qərar çıxarıb.

Məlumata görə ümumiyyətlə, “La Plaj”ın tikildiyi gündən sənədləri qaydasında olmayıb. Anar Məmmədova bu obyekti türkiyəli dostu satıb. Eks-nazir oğlunun Bodrumdakı obyekti isə təkcə “La Plaj” deyil. Onun burada 5 ulduzlu bir neçə otelinin olduğu deyilir.

Tarix
2018.05.13 / 14:49
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ-dan yeni "dalğa": Şuşa açıqlaması və 600 min rüşvət…

İlham Əliyev və Rəisi bu iki bəndin açılışında iştirak edəcək

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Foto

Kupman Cənubi Qafqazdan sonra Türkiyəyə gedir

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

Baxçalı “Əhməd Cavad" Şərəf Medalı ilə təltif olundu

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla