Yuxarı

Vüqar Səfərli “Azadlıq”a göndərdiyi məktubu görməyib - Şok

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vüqar Səfərli “Azadlıq”a göndərdiyi məktubu görməyib - Şok

"Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidə KİV DF sədri Vüqar Səfərlinin imzası ilə daxil olan məktubda Fondun redaksiyaya yardım ayırmasının dayandırılması əksini tapıb.

Diqqətimizi çəkən məqam isə KİV DF kimi nüfuzlu bir qurumun mətbuat orqanına göndərdiyi məktubda həddən artıq orfoqrafik səhvin mövcudluğu oldu. Əcəba, mediada orfoqrafiya qaydalarının və ana dilinin qorunması üçün layihələr maliyyələşdirən və bu sahəyə xüsusi diqqət ayırdığına heç bir şübhə olmayan Prezident yanında KİV-ə Dəstək Fondu bir neçə cümləlik məktubunda niyə bu qədər yanlışlığa yol verib? Xüsusilə nəzərə alsaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dövlət dilinin qorunması haqqında Dövlət Proqramını təsdiqləyib, onda Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun bu qədər orfoqrafik səhvlərlə məktub göndərməsini heç cür anlamaq olmur.

Daha bir əlavə isə Vüqar Səfərlinin özü ilə bağlıdır. Media çevrəsində tanınan və mətbuatda peşəkarlığı ilə seçilən KİV DF sədri Vüqar Səfərlinin məktubu imzalayarkən bir və ya iki səhvin gözündən yayınması normal qarşılanardı – bəlkə də, amma 7 cümlədə 16 orfoqrafik yanlışlıq, ələlxüsus, yardımın məbləğini "30.000 min manat" göstərmək (30.000 manat əvəzinə) diqqətdən yayına bilməzdi.

Dilə xüsusi həssaslığı və peşəkarlığı ilə seçilən KİV DF sədri Vüqar Səfərli ilə əlaqə saxlayıb, bu yanlışlıqların səbəbini öyrənməyə çalışdıq.

Vüqar müəllim bildirdi ki, məktubun göndərilməsindən xəbərsizdir:

"Sizə bir söz deyim ki, dünən məktubun mənə göstərilməsini tapşırmışdım, deyəsən, mənə göstərmədən göndəriblər".

Bəs, görəsən, "Azadlıq" qəzetinə göndərilən məktubda Vüqar Səfərlinin imzasının yerinə kim qol çəkib?

Tarix
2013.11.28 / 13:28
Müəllif
İlqar Vəliyev
Digər xəbərlər

ABŞ-Azərbaycan əməkdaşlığının əsas sütunları...

Ali təhsili olmayan yəhudi prezident – Maduro kimdir?

Maduronun həbsi bazarları “oynadacaq” - Bakıya təsir edəcək

Tokayev: İlham Əliyev fiziki cəhətdən güclüdür...

Maduronu ən yaxın adamı satıb - Məxfi sövdələşmə

Zakir Həsənov Markveyn Mallinlə görüşdü

Hikmət Hacıyevin bu sözü erməni politoloqu isterikaya saldı

Gürcüstan Qırmızı Körpüdə rüsumsuz ticarətə icazə verdi

Türkiyə və Azərbaycan arasında mühüm saziş imzalandı

Azərbaycanla münasibətlərin möhkəmləndirilməsi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla