Yuxarı

Məhkumlar tərəvəz əkəcək - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məhkumların ictimai faydalı əməyə cəlb olunmaları üçün iş yerləri təşkil edilib.

Axar.az xəbər verir ki, Ədliyyə Nazirliyinin Penitensiar xidməti tərəfindən bu istiqamətdə tədbirlər davam etdirilir.

Bu günlərdə 12 saylı cəzaçəkmə müəssisəsində müasir tələblərə uyğun istixana yaradılıb. Daha geniş məhkum kütləsinin əməyə cəlb olunması məqsədilə istifadəyə verilmiş yeni istixanada on məhkumun işlə təmin olunması nəzərdə tutulub. İstixanada tərəvəz məhsullarının yetişdirilməsi bir qayda olaraq müəssisədəki istehsalatdan əldə olunmuş əlavə gəlir hesabına həyata keçiriləcək.

Qeyd edək ki, cəza çəkənlərin haqqı ödənilən ictimai faydalı əməyə cəlb olunmaları istiqamətində işlər davam etdirilir. Bu məqsədlə cəzaçəkmə müəssisələrindəki mövcud şəraitin daha da yaxşılaşdırılması üçün Penitensiar Xidmət tərəfindən yaxın gələcəkdə yeni tədbirlərin həyata keçirilməsi planlaşdırılır.

Tarix
2014.08.27 / 17:34
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

İbrahim Rəisi sağdırmı? – İrandan şok qərarlar...

İran mediası Rəisi ilə bağlı bu xəbəri sildi

Sərhəddə açılış: İlham Əliyev və Rəisi iştirak etdi - Yeniləndi

İlham Əliyev Rəisi ilə görüşdü - Foto

XİN Türkiyədəki bu bayramla bağlı paylaşım etdi

Bayrağımız niyə oxşardır? Paris Bakıdan nə istəyir?

Mierinyanın Füzuli səfərində diqqət çəkən detal - Foto

Polis erməni deputatları sərhədimizə buraxmadı

İran-Azərbaycan əlaqəsi təkcə qonşuluq deyil – Rəisi

İran-Azərbaycan dostluğu sarsılmazdır - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla