Yuxarı

Yeni qaz sayğacları: Bunlara ehtiyac olmayacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azəriqaz” İstehsalat Birliyi ölkəyə Fransa istehsalı olan yeni qaz sayğacları gətirib. Yeni sayğacların bir neçə aydan sonra real tətbiqinə başlanılacaq.

Bununla bağlı Axar.az-a açıqlama verən “Azəriqaz”ın mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev bildirib ki, yeni sayğaclar vasitəsilə vətəndaşların ödəniş imkanları daha da rahatlaşacaq.

“Köhnə kartların çip-set hissələri var ki, abonent tərəfindən müəyyən zədələnmələr, əzilmə halları olurdu. Belə olduğu zaman abonent qazı sayğaca yükləyə bilmədiyi üçün qazsız qalırdı. Problemi həll edənə qədər müəyyən vaxt gedirdi. Yeni kartlarda isə bütün bunlar nəzərə alınıb.

Yeni kartlarda çip hissəsi yoxdur. Yükləmə üçün abonent kartı sayğaca salmaq məcburiyyətində deyil. Abonent kartı sayğaca yaxınlaşdırmaqla ödənişini daha rahat şəkildə edə biləcək. Gecə vaxtı sayğacda yükləmə və ya hər hansısa iş aparmaq müəyyən çətinliklər törədirdi. İndi isə yeni sayğacda ekranda işıq sistemi yaradılıb ki, qaranlıq olduğu zaman sayğacın öz işığını yandırmaqla iş aparmaq olur”.

İ.Kərbalayev onu da qeyd edib ki, yeni sayğaclarda ən önəmli məqam isə telefon vasitəsilə də ödəniş edilmə imkanıdır. Bunun üçün abonent sadəcə telefonuna xüsusi proqram yükləməlidir:

“Xüsusi e-mail vasitəsilə qeydiyyat alaraq telefon vasitəsilə kartsız telefonu sayğaca yaxınlaşdırmaqla ödəniş etmək mümkün olacaq. Bunun üçün abonent telefonuna xüsusi proqramı yükləyəcək, həmin proqram vasitəsilə balansını istədiyi qədər artırmaqla yükləmə edə biləcək”.

Qeyd edək ki, artıq Bakının müxtəlif rayonlarında 30-a yaxın yerdə test üçün yeni sayğaclardan quraşdırılıb və sınaqlardan uğurla keçib. İkinci sınaq dövründə birinci sınaq dövründə yaranmış müəyyən problemlər həll edilib. Yaxın aylarda 70 sayğacın da sınaq müddəti bitəcək. İkinci sınaq müddəti də bitdikdən sonra yeni sayğacların tam istifadəsinə başlanılacaq.

Tarix
2018.06.13 / 11:12
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla