Yuxarı

Maşınınızı oğrulardan belə qoruyun – Tövsiyə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hüquqşünas, yol-nəqliyyat eksperti Ərşad Hüseynov son vaxtlar avtomobillərdə oğurluq hallarının artmasını nəzərə alaraq, sürücülərə bəzi tövsiyələrini verib.

Axar.az xəbər verir ki, Ə.Hüseynovun sözlərinə görə, sürücülər iki əsas məsələyə fiki verməlidir:

“Əvvəla avtomobilinizdə potensial oğrunun diqqətini çəkən heç nə saxlamayın. Oğurluğa meyilli adam bunu etməzdən əvvəl avtomobilə mütləq baxır. Ələ keçirilərək asan satıla və ya istifadə oluna biləcək dəyərli bir şey görsə, oğurlamağa çalışacaq. Ona görə də avtomobilinizdə çanta, diplomat, portfel və qiymətli görünə bilən və ya içərisində pul və ya qiymətli nəsə olması ehtimal edilən qutular, bağlamalar saxlamayın. Ən təhlükəlisi qadınların və ya kişilərin əl çantasıdır”.

Ekspert bildirib ki, avtomobili oğrulardan qorumaq üçün onu həmişə adam olan, yaxşı görünən, kameralarla nəzarət edilən, gecə vaxtı isə işıqlanan yerlərdə saxlamaq lazımdır:

“Təcrübə göstərir ki, kimsəsiz və nəzarətsiz yerdəki avtomobildə heç nə olmasa da, bəzən oğrular ona müdaxilə edib sadəcə axtarış edirlər.

Nəzərə alın ki, avtomobilinizə oğurluq məqsədilə müdaxilə sadəcə konkret pulunuzun, sənədinizin və ya başqa əşyanızın itməsi ilə nəticələnməyəcək. Bunu edən oğru həm də avtomobilə ziyan vuracaq (adətən şüşələri sındırırlar, qapını zorla açaraq yararsız edirlər və s.). Bəzən avtomobilə dəyən zərər oğurlanan əşyaların dəyərindən 10 qat artıq olur”.

Tarix
2018.06.13 / 20:56
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla