Yuxarı

Şagird 700 bal yığdı, nazirlik sahib çıxmadı - Ekspertlər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:54

10-cu sinif şagirdi Fərid Əhmədlinin Dövlət İmtahan Mərkəzinin sınağında 700 bal toplamasını alqışlayırıq, amma təəssüf ki, abituriyent müraciət etməkdə artıq gecikib.

Bu sözləri Axar.az-a açıqlamasında Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov söyləyib. O bildirib ki, qanunvericilikdə məktəbi vaxtından tez bitirmək istəyən şagirdlər üçün eksternat imtahanalarının keçirilməsi qaydası var:

“Sözügedən abituriyent məktəbi bir il tez bitirmək istəyirdisə, bunu iyunun 13-də yox, əvvəldən deməli idi. Qanunvericiliyə görə, məktəbi bir və ya iki il əvvəl bitirmək istəyən şagird eksternat qaydada vaxtından əvvəl imtahan verməlidir. Bu da onu göstərir ki, şagird məktəbi bitirmək üçün nəzərdə tutulan tədris proqramını tam şəkildə mənimsəyib. Amma təəssüf ki, abituriyentin bundan xəbəri olmayıb. İndi də çıxıb deyir ki, sınaq imtahanında 700 bal toplamışam və istəyirəm ki, 11-ci sinifin attestatını alam. Fikrimcə, belə yanaşma doğru deyil. Axı bu, kiminsə qoyduğu qayda deyil, qanunvericilikdə yer alan bir məsələdir”.

Məsələ ilə bağlı açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, vaxtından əvvəl attestat almaq üçün şagirdlər ən geci oktyabr, noyabr aylarında müraciət etməlidirlər:

“2009-cu ildə qəbul edilmiş təhsil haqqında qanun istedadlı şagirdlərin vaxtından əvvəl orta məktəbi bitirməsi və attestat almasına imkan verir. Qayda belədir ki, istedadlı şagirdin təhsil aldığı sinifin rəhbəri yeni tədris ilinin ilk 3 ay ərzində direktora müraciət edir. Direktor da pedaqoji şura yığıncağında istedadlı şagirdin vaxtından əvvəl digər yuxarı sinifə keçməsini və ya məkəbi bitirməsini müzakirə edir. Əgər pedaqoji şurada məsələ müsbət nəticələnərsə, bu qərar rayon, şəhər təhsil şöbəsinə göndərilir. RTŞ-ya yaradılmış komissiya şagirdin bilik və bacarıqlarını yoxlayır. Ordan da müsbət cavab alınarsa, həm məktəbin pedaqoji şurasının, həm də RTŞ-nın komisiyasının rəyləri Təhsil Nazirliyinə göndərilir. TN-də komissiya şagirdi yoxlayır və yekun rəy verir. Əgər yekun rəy müsbət olarsa, şagird vaxtından əvvəl məktəbi bitirib ali məktəbə sənəd təqdim edə bilər”.

Digər təhsil eksperti Etibar Əliyev də qanunvericiliyə uyğun hərəkət etmək lazım olduğunu deyib:

“Həmin abituriyent vaxtında qaydalara uyğun olaraq mərhələləri keçməliydi. Qanunvericilikdə istisna yoxdur. Düşünürəm ki, şagird vaxtında bu məsələlərlə maraqlanmalı idi. Sovet vaxtı 15-16 yaşında uşaqlar eksternat qaydada imtahan verib sinif adlayırdılar. İndiki Təhsil Haqqında Qanunda normativ sənədlərdə xeyli dəyişikliklər olub. Tövsiyyə edirəm ki, şagird 11-ci sinfi bitirdikdən sonra qəbul imtahanlarında iştirak etsin”.

Qeyd edək ki, Nərimanov rayonunda yerləşən 45 nömrəli məktəbin 10-cu sinif şagirdi Fərid Əhmədli DİM-in keçirdiyi sınaq imtahanında iştirak edərək, 700 bal toplayıb. O, Axar.az-a müraciət edərək bu il keçiriləcək ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak etmək istədiyini deyib. Abituriyent attestatı olmadığı üçün qəbul imtahanında iştirak edə bilmədiyini söyləyib.

F.Əhmədli attestat və qəbul imtahanlarında iştirak etmək üçün Təhsil Nazirliyindən yardım istəyib.

Tarix
2018.06.14 / 17:00
Müəllif
Büllurə, Nərmin
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla