Yuxarı

“Bakcell”dən gənclər üçün “Daim Onlayn” imkanı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell xüsusi olaraq gənc abunəçilər üçün yaradılmış tam yeni “Daim Onlayn” tariflərini təqdim edib.

Axar.az xəbər verir ki, gənclər bir-biri ilə ünsiyyətdə olarkən daha çox sosial şəbəkələr və mesajlaşma tətbiqetmələrindən istifadə etməyə üstünlük verirlər. Bunu nəzərə alaraq, Bakcell şirkəti yeni “DaimOnline” paketlərini təklif edir. Üç variantda və müvafiq olaraq 6, 10 və 20 manat aylıq abunə haqqı ilə təklif olunan yeni tarif paketləri sayəsində istifadəçilər limitsiz Votsap, Feysbuk və İnstaqram istifadəsi ilə yanaşı qiqabaytlarla internet və bol-bol şəbəkədaxili dəqiqələrdən yararlanacaqlar.

“DaimOnline 6” tarifi çərçivəsində ayda sadəcə 6 AZN müqabilində 2 Gb İnternet trafiki və 50 şəbəkədaxili dəqiqə təqdim edilir. Bu tarifin əsas özəlliyi ondan ibarətdir ki, abunəçilər tamamilə limitsiz olaraq Votsapdan istifadə edəcəklər. Limitsiz Votsapa təkcə mətn deyil, hətta zənglər, şəkillərin, videoların və səs yazılarının göndərilməsi və yüklənməsi da daxildir.

Sosial şəbəkələrdən daha çox istifadə edən gənclər isə Daim Onlayn-10 və Daim Onlayn-20 tariflərinə üstünlük verəcəklər. Belə ki, qeyd olunan tariflərdə Votsap, Feysbuk və İnstaqram istifadəsi tam olaraq limitsizdir! Bu tariflərin istifadəçiləri internet trafikin həcmini fikirləşmədən şəkilləri və videoları paylaşmaq, izləmək və həmin sosial şəbəkələrin bütün digər funksiyalardan istədikləri qədər istifadə edə bilərlər. Bundan əlavə Daim Onlayn-10 (aylıq abunə haqqı 10 AZN) abunəçiləri ayda 5 Gb İnternet və 200 şəbəkədaxili dəqiqə, Daim Onlayn-20 (aylıq abunə haqqı 20 AZN) abunəçiləri isə ayda 20 Gb internet və 400 şəbəkədaxili dəqiqə qazanırlar.

Azərbaycanın telekommunikasiya bazarında ən innovativ mobil operator olaraq, Bakcell bütün müştəri seqmetlərinin ehtiyac və tələblərini öyrənmək üçün daim bazar araşdırmaları həyata keçirir. Limitsiz Votsap, Feysbuk və İnstaqram imkanı təqdim edən yeni “Daim Onlayn” tarif paketlərini istifadəyə verməklə, “Bakcell” gənc müştəriləri istədikləri qədər çeviklik və limitsiz ünsiyyət üçün tam sərbəstliklə təmin edib. Bu yeni tariflər sayəsində gənclər daima onlayn olacaqlar.

İnnovasiyalar sahəsində özünü doğrultmuş lider olan Bakcell müasir rabitə xidmətləri istifadəçilərinə yenilənmiş, rahat və yenilikçi tariflər, məhsullar və xidmətləri təklif etməyə davam edəcək.

Bakcell şirkətinin yeni “Daim Onlayn” tarifləri və digər sərfəli və innovativ təkliflər barədə daha ətraflı məlumat almaq üçün www.bakcell.com səhifəsinə daxil olun.

Tarix
2018.06.14 / 16:07
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla