Yuxarı

Avtoxuliqanlıq edən sürücü həbs olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zaqatala rayonunda avtoxuliqanlıq edən sürücü həbs olunub.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Axar.az-a verilən məlumata görə, rayonun mərkəzi küçələrində avtoxuliqanlıq edən VAZ-21011 markalı avtomobilin sürücüsünə həmin ərazidə xidmət aparan Yol Patrul Xidmətinin (YPX) əməkdaşları tərəfindən “saxla” əmri verilib.

Əmrə tabe olmayan sürücünün idarə etdiyi avtomobili YPX ekipajı təqib edib və avtomobil saxlanılıb. Sürücünün Zaqatala şəhər sakini Emil İbrahimov olduğu müəyyənləşib. O, saxlanılaraq məhkəmə orqanlarına təhvil verilib.

Zaqatala Rayon Məhkəməsinin qərarı ilə E.İbrahimov inzibati qaydada 40 sutkalıq azadlıqdan məhrum edilib.

Qeyd edək ki, əvvəllər də avtoxuliqanlıqla inzibati məsuliyyətə cəlb olunmuş E.İbrahimov avtomobili sürücülük vəsiqəsi olmadan idarə edib.

Tarix
2018.06.23 / 09:58
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla