Yuxarı

Vikipediyada Ordumuzla bağlı unikal iş – Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Vikipediya Metodik Mərkəzinin könüllüləri 26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri gününə töhfələrini veriblər.

MEK-dən Axar.az-a verilən məlumata görə, Vikipediya Metodik Mərkəzinin könüllüləri tərəfindən bu günə qədər Vikipediyada Azərbaycan hərb tarixi ilə bağlı 100-dən çox məqalə yaradılıb, redaktə olunub.

Qeyd edək ki, könüllülər həmçinin Azərbaycanın müstəqilliyinin bərpa olunmasından sonra Silahlı Qüvvələrimizin fəaliyyəti ilə bağlı, əsasən də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi çərçivəsində əldə etdiyi uğurlar barəsində bir çox məqalə yaradıblar.

Məlumata görə, bu təşəbbüs çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinə aid məlumatların xaricidilli Vikipediyalarda yerləşdirilməsində “Şəms” Tərcümə Xidmətləri Mərkəzinin əsaslı töhfəsini olub.

Bu fəaliyyət çərçivəsində 94 yeni məqalə yaradılıb,14 məqalə əsaslı redaktə edilib və 16 məqalə isə müxtəlif dillərə tərcümə olunub.

Tarix
2018.06.25 / 13:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başladı

Əliyevlə Şoltsun təkbətək görüşü oldu

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna nail oldular - Rus general

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla