Yuxarı

7 çəki balığına görə 462 manat ödəyəcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qanunsuz balıq ovu edən şəxs saxlanılıb və ona qarşı iddia qaldırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, qoruq rejiminə əməl olunması vəziyyətini araşdırmaq məqsədilə Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisində reyd keçirilib.

Reyd zamanı Neftçala rayon sakini İlham Rüstəmov qoruq ərazisində balıq ovu edərkən saxlanılıb və ondan 7 ədəd çəki balığı, 2 ədəd axçalı balıq toru götürülüb. Faktla bağlı qanun pozucusu barəsində akt tərtib edilib və balıq ehtiyatlarına vurulan ziyana görə 462 manat məbləğində iddia qaldırılıb.

Qanun pozuntusu cinayət xarakterli olduğundan məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Daxili İşlər Nazirliyi Su Nəqliyyatı Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinə göndərilib.

Tarix
2018.06.25 / 17:32
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

Əliyevin Ştaynmayerlə təkbətək görüşü başladı

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla