Yuxarı

Elmar Vəliyev harada müalicə olunur? - Həkimi danışdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elmar Vəliyevin sağlıq durumu getdikcə yaxşılaşır. Ümid edirik ki, xəstənin vəziyyəti yaxın vaxtlarda, getdikcə daha da yaxşı olacaq.

Axar.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Elmar Vəliyevi əməliyyat edən Türkiyədəki Bağçaşəhər Universitetinin tibb fakültəsinin dekanı, məşhur beyin cərrahı, professor Türkər Kılıçın köməkçisi Gülşah Öztürk deyib.

Köməkçi bildirib ki, Türkər Kılıç Elmar Vəliyevin səhhəti ilə bağlı tez-tez onun yaxınları və bəzi mənbələrlə əlaqə saxlayır.

“Gəncəyə dəvət edilərkən ilk dəfə Elmar müəllimin beyin əməliyyatını Türkər Kılıç edib. Əməliyyatın nə qədər çəkdiyi və necə keçdiyi barədə isə məlumat verə bilmərik. Hazırda xəstənin harda müalicəsini davam etdirdiyi barədə də məlumatım yoxdur. Onu deyə bilərəm ki, T. Kılıç tez-tez E.Vəliyevin səhhəti ilə maraqlanır və xəstənin sağlıq durumu getdikcə yaxşılaşır”.

Qeyd edək ki, Türkiyədəki Bağçaşəhər Universitetinin tibb fakültəsinin dekanı, məşhur beyin cərrahı, professor Türkər Kılıç iyulun 4-də Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsnin sədri Kərəm Həsənovun dəvəti ilə Gəncəyə gətirilib. Türkiyəli həkim elə həmin gün Gəncə şəhər İcra Hakimiyyətinin güllələnmiş başçısı Elmar Vəliyevi əməliyyat edib.

Qeyri-rəsmi məlumatlarda isə Elmar Vəliyevin hazırda İsraildə müalicə olunduğu bildirilir.

Tarix
2018.07.17 / 13:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla