Yuxarı

Türkiyənin səfiri açıqladı: Hər hansı qanunsuzluq olsa...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Anadolu Universiteti Türkiyənin ən köklü və qədim, eləcə də dünyada ən çox tələbəsi olan universitetlərindən biridir.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Azərbaycan mətbuatının 143 illiyi münasibətilə keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, bu tədris müəssisəsi distant təhsil aparan nüfuzlu ali məktəbdir və diplomları dünyada tanınır:

"Distant təhsil fakültəsinin məzunları dünyanın dörd bir tərəfindədir. Anadolu Universiteti Türkiyənin və Azərbaycanın qanunlarına uyğun şəkildə fəaliyyət göstərir. Əgər hər hansı qanunsuzluq olsa, Təhsil Nazirliyi bizi məlumatdırar və biz də tədbir görərik. Bu ali məktəbdə Azərbaycan qanunvericiliyinə zidd fəaliyyətdən söhbət belə gedə bilməz. Bu universitetin xidmətlərindən gənclərin daha çox yararlanması üçün səfirlik əlindən gələni edir".

Anadolu Universitetinin rektoru Naci Gündoğan bildirib ki, Anadolu Universiteti 1957-ci ildən fəaliyyət göstərən dövlət ali məktəbidir. Onun sözlərinə görə, 1982-ci ildən etibarən burada distant təhsil aparılır: "İndiyədək 3 milyon məzunumuz olub, hazırda 2,5 milyon tələbə Anadolu Universitetində təhsil alır. Təkcə azərbaycalılılar deyil, türk dilində danışan türkdillilər də universitetdə oxuya bilər. Bir ildir Azərbaycanda ingilis dilində də tədris aparılır".

Rektor əlavə edib ki, video-konfranslar vasitəsilə interaktiv dərslər keçirilir: "Texnologiya sərhədləri aşıb. Ali məktəbimiz Səudiyyə Ərəbistanı, ABŞ-da, Balkanlarda, 7 Avropa ölkəsində fəaliyyət göstərir. Türkcə danışılan hər yerdə varıq. 7 ildir universitetimizdə Heydər Əliyev Bilik Mərkəzi açılıb. Hər il ənənəvi olaraq Heydər Əliyevin doğum gününü həmin mərkəzdə qeyd edirik. Bu il Azərbaycan Cümhuriyyətinin 100 illiyi ilə bağlı üç gün konfrans keçirdik".

Rektor iki ölkə arasında dostluq əlaqələrindən danışıb: "İki il əvvəl Türkiyə çətin vəziyyətdə olanda ilk olaraq Azərbaycandan dəstək aldı. Türkiyə də eyni dəstəyi verməyə hazırdır. Türkiyə ilə Azərbaycan doğrudan da bir millət, iki dövlətdir. Bu, təkcə sözdə yox, əməldə də özünü göstərir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın prezident seçildikdən sonra ilk rəsmi səfərini Azərbaycana etməsi bunun bariz nümunəsidir".

Daha sonra universitetin Əskişəhərdəki binası ilə video bağlantı həyata keçirilib.

Distant təhsil fakültəsinin dekanı Yücəl Güney sözügedən tədris prosesi barədə geniş məlumat verib.

Onun sözlərinə görə, bakalavr təhsili 4 illik müddəti əhatə etsə də, universiteti 3 ilə də bitirmək mümkündür.

Tarix
2018.07.19 / 18:47
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla