Yuxarı

Gəncə olayına görə bir nəfər öldürüldü, 8 nəfər... - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 3-də və 10-da Gəncə şəhərində törədilmiş cinayət hadisələri ilə əlaqədar birgə həyata keçirilmiş intensiv və təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində daha 8 nəfər tutularaq barələrində həbs qətimkan tədbiri seçilib.

Axar.az xəbər verir ki, bu barədə Respublika Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə yaydığı məlumatda bildirilib.

Cinayət işi üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində axtarışda olan, Gəncə şəhərində ağır cinayət əməlləri törətmiş mütəşəkkil qrupun fəal üzvlərindən biri, Yunis Səfərovla yaxın münasibətlərdə olan və əvvəllər məhkum olunmuş Bağırov Anar İslam oğlunun iyulun 20-də Binəqədi rayonu, Xocəsən qəsəbəsində gizləndiyi yer müəyyən edilib. A.Bağırovun tərkisilah olunması və saxlanılması üzrə Dövlət Təhlükəsizlik Xidmətinin xüsusi əməliyyat qrupu tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı o, silahlı müqavimət göstərərəkən cavab tədbiri olaraq məhv edilib. Hadisə yeri və meyitə baxış zamanı A.Bağırovun üzərindən 1 ədəd “Makarov” tipli tapança və həmin silaha dair sursat aşkar edilərək maddi sübut kimi götürülüb.

Hazırda cinayəti törətmiş şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Tarix
2018.07.21 / 13:44
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycan üçün çox vacibdir - Uorlik

İrəvan Bakı və Tiflisdən daha təhlükəsizmiş – Numbeo

Saxta dəyərlərlə sülhə töhfə vermək olmaz - Bayramov

Litva ilə siyasi məsləhətləşmələr keçirildi

ABŞ separatçılara belə dəstək olur - Bəyanat

Tələbələr Xankəndidə Prezident və oğlunu belə qarşıladı - Video

Qarabağda sülhməramlıların ölümü: məhkəmə başlayır – Kreml

Suverenlik Günümüzü ilk bu ölkə təbrik etdi - Foto

Vardanyan Bakıdan cavab verdi - Paşinyan nə demişdi?

Evində tapılan kitab Qalstyanı "Azərbaycan casusu" etdi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla