Yuxarı

İrəvana verilən silahlar rus ordusunda yoxdur? - Nazirlik

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan ordusundakı son korrupsiya qalmaqalı fonunda müdafiə naziri David Tonoyanın guya 200 milyon dollarlıq kredit razılaşmasında nəzərdə tutulmuş silahların Rusiya tərəfindən Ermənistana tam tədarükünün başa çatdırılması barədə bəyanatı erməni əhalisinin süni şəkildə ruhlandırılması cəhdindən başqa bir şey deyil.

Bu barədə Axar.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

“Bir müddət əvvəl erməni tərəfi 200 milyon dollarlıq kredit razılaşmasında nəzərdə tutulmuş Rusiya istehsalı olan silahların Ermənistana tədarükündə ciddi problemlərin olduğunu bildirmişdi. Lakin qısa bir müddət keçdikdən sonra Ermənistanın müdafiə naziri David Tonoyan əvvəl deyilənlərə zidd olaraq vicdan əzabı çəkmədən belə həyasızcasına bütün aləmə car çəkir ki, guya Rusiya Ermənistana silah tədarükünü tamamilə başa çatdırıb. O ki qaldı Ermənistana çatdırılan müasir, modernizə edilmiş silahlar arasında Rusiya ordusunun belə silahlanmasına verilməyən silahların olması barədə elə həmin o Tonoyanın dediklərinə, bu, öz xalqını aldatmaqdan başqa bir şey deyil. Ermənistan tərəfinin mütəmadi olaraq bu cür məlumatlar yayması ordularındakı son korrupsiya qalmaqalı fonunda erməni əhalisinin süni şəkildə ruhlandırılması məqsədilə daxili auditoriyaya hesablanıb. Bir müdafiə naziri kimi D. Tonoyan bilməli idi ki, Rusiya öz silahlı qüvvələrini hər hansı bir silah növü ilə tam təmin etmədən həmin silahı xarici ölkələrə tədarük etmir. Şübhəsiz ki, Ermənistanın müdafiə nazirinin fəxrlə bəhs etdiyi silahlar doğrudan da Rusiya ordusunun silahlanmasında yoxdur. Səbəb isə sadədir: həmin silahlar artıq köhnəlib və istifadəyə yararsızdır”, - deyə açıqlamada qeyd olunur.

Tarix
2018.07.23 / 18:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla