Yuxarı

“Bakı Bus”da sürücü səhlənkarlığı - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

15:10

Bakı Bus MMC-yə məxsus 3 nömrəli avtobusda sürücü səhlənkarlığı baş verib.

Axar.az xəbər verir ki, Rəşad Babayev adlı sürücü işıqforda avtobusu saxlamaq üçün qəfil əyləcə basıb. Bu zaman avtobusda olan qadın sərnişin avtobusa çırpılaraq xəsarət alıb.

Sərnişinlər dərhal yaşlı qadına avtobusdan düşməyə köməklik göstəriblər. Əraziyə təcili tibbi yardım xidməti çağırılıb və qadın xəstəxanaya aparılıb.

Bakı Bus MMC-dən Axar.az-a verilən açıqlamada məsələ ilə bağlı araşdırma aparıldığı deyilib.

“3 nömrəli marşrut xətti üzrə hərəkət edən Bakı Bus MMC-yə məxsus avtobusda 17.08.2018-ci il tarixində günorta saatlarında sürücünün qəflətən əyləcdən istifadə etməsi nəticəsində yaşlı qadın sərnişinin xəsarət almasına dair KİV-də yayılan məlumat əsasında araşdırma başlanılıb.

Araşdırma zamanı avtobusun təhlükəsizlik kameraları vasitəsilə qeydə alınan görüntülərdən istifadə olunacaq. Araşdırma yekunlaşdıqdan sonra nəticə barədə ictimaiyyətə geniş məlumat veriləcək”, - açıqlamada qeyd olunub.

Tarix
2018.08.17 / 16:48
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla