Yuxarı

Bakıda bu ərazidə nəqliyyatın hərəkəti yaxşılaşdırılır - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

3-cü mikrorayon dairəsi və “Memar Əcəmi” metro stansiyası yaxınlığında nəqliyyat şəraitinin yaxşılaşdırılması işlərinə başlanılıb.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Axar.az-a bildirilib ki, BNA-nın mütəxəssislərinin ərazidə apardığı təhlillərə əsasən hər iki ünvanda nəqliyyat axınına maneə yaradan amillər müəyyən edilərək aradan qaldırılması üçün plan hazırlanıb.

Plana əsasən 3-cü mikrorayon dairəsinin həndəsi ölçülərində dəyişikliklər edilərək nəqliyyat axını kanallaşdırılacaq. Bundan əlavə, dairənin giriş və çıxış hissələrində piyadaların hərəkətinin nizamlanması məqsədilə işıqforlar quraşdırılacaq ki, bu həm də dairədə nəqliyyat axınının düzgün tənzimlənməsinə imkan verəcək. Eyni zamanda, dairəyə yaxın yerləşən nəqliyyatın hərəkətinə maneə yaradan avtobus dayanacaq məntəqələri yenidən təşkil ediləcək.

“Memar Əcəmi” metro stansiyası yaxınlığında da, həmçinin dairənin həndəsi ölçülərində dəyişiklik edilməklə nəqliyyat vasitələrinin hərəkəti kanallaşdırılacaq. Eyni zamanda, avtobus dayanacaq məntəqələrinin yeri dəyişdiriləcək.

Tarix
2018.08.17 / 19:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

Buna görə müstəqil olmadıq, başqalarından asılı yaşadıq

COP29 Qafqazda sülh prosesinə kömək edə bilər - Qafarov

Yenə bizim olmayanları alaq, bizə hücum edilsin?

4 kəndin Azərbaycana qaytarılması... – Türkiyə səfiri

Sülhün imzalanmasına tezliklə nail olmaq üçün... - Peskov

Sonuncu sülhməramlı Qarabağı nə zaman tərk edəcək?

Aksiyaya qoşulan hərbçilər müraciət yaydı: Bağışlayın!

Erməni hərbçilər aksiyaçılara qoşuldu - Nikola qarşı qiyam?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla