Yuxarı

Hökm təsdiqləndi: Verilişə görə tutulan azərbaycanlılar...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güney Azərbaycanda “Fitilə” hadisələri ilə əlaqədar tutulan 3 milli fəalın apelyasiya məhkəməsinə baxılıb.

Axar.az xəbər verir ki, avqustun 18-də keçirilən apelyasiya məhkəməsində azərbaycanlı fəallar Beytullah Bərzgər, Sina Qurbani Ərşad və Siyamək Qardaşi haqqında birinci instansiya məhkəməsinin çıxardığı hökm təsdiqlənib.

Qərara əsasən, şallaq hökmü və həbs cəzası qüvvədə qalmaqla hökmün icrası şərti olaraq 3 il müddətinə təxirə salınır. 3 il müddətində fəalların hər hansısa bir oxşar hadisələrlə əlaqəsi olarsa, verilən hökm icra olunacaq.

Qeyd edək ki, 2015-ci il noyabrın 6-da İran televiziyasında yayımlanan “Fitilə” televiziya komediyasında diş fırçası ilə tualet fırçası arasındakı fərqi bilməyən bir türk uşağının təsvir edilməsi Güney Azərbaycanın əksər şəhərlərində etirazlara səbəb olmuşdu. Etirazlarda yüzlərlə azərbaycanlı milli-mədəni fəal saxlanılmışdı.

Tarix
2018.08.20 / 16:44
Müəllif
Elşad Yaqublu
Şərhlər
Digər xəbərlər

Baydenin çıxışı aləmi bir-birinə qatdı

Kiyev yaxın günlərdə Rusiyaya zərbə endirəcək

Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin?

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla