Yuxarı

Ramil Usubov iki millət vəkilinə medal verdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ramil Usubov iki millət vəkilinə medal verdi - Foto

16:05

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Azərbaycan Respublikasının Daxili İşlər naziri general-polkovnik Ramil Usubovun əmrinə əsasən “Azərbaycan Polisinin 100 illiyi (1918-1920)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.

Axar.az xəbər verir ki, Qüdrət Həsənquliyev bununla bağlı Daxili İşlər Naziri general-polkovnik Ramil Usubova təşəkkür məktubu göndərib.

Məktubda deyilir:

"Hörmətli Ramil müəllim!

Məni “Azərbaycan Polisinin 100 illiyi (1918-1920)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif etdiyiniz üçün Sizə dərin minnətdarlığımı bildirirəm.

Ölkəmizdə sabitliyin və asayişin qorunmasında, cinayətkarlığa və onun hər cür təzahürlərinə qarşı mübarizədə üzərinə düşən vəzifələri bu gün də yüksək peşəkarlıqla yerinə yetirən, ictimai təhlükəsizliyin təmin olunmasında müstəsna xidmətlər göstərən Azərbaycan polisinin 100 illiyi ilə bağlı medalla təltif olunmaqdan qürur duyuram.

Sizə və Daxili İşlər Nazirliyinin bütün əməkdaşlarına şərəfli işinizdə uğurlar diləyir, möhkəm cansağlığı arzulayıram”.

***

Nazir Ramil Usubov daha bir millət vəkilini - Aydın Mirzəzadəni “Azərbaycan Polisinin 100 illiyi (1918-1920)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edib.

Bu barədə millət vəkili Aydın Mirzəzadə Feysbuk hesabında yazıb.

“Daxili İşlər naziri Ramil Usubova məktub göndərərək yüksək mükafata layiq görüldüyümə görə təşəkkürümü bildirdim, onun və ümumən Azərbaycan polisinin gələcək fəaliyyətinə uğurlar arzuladım”, - deputat qeyd edib.

Tarix
2018.08.29 / 16:15
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla