Yuxarı

İlham Əliyevdən YUNESKO-ya müraciət

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyevdən YUNESKO-ya müraciət

YUNESKO-Azərbaycan əlaqələri xalqımızın qədim, zəngin mədəniyyətinin beynəlxalq miqyasda tanınmasına geniş imkanlar yaradıb

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasının iştirakçılarına müraciə ünvanlayıb. Prezidentin ünvanladığı müraciəti Baş nazirin müavini Elçin Əfəndiyev oxuyub. Müraciətdə deyilir:

"Daim inkişaf edən və möhkəmlənən YUNESKO-Azərbaycan əlaqələri xalqımızın qədim, zəngin mədəniyyətinin beynəlxalq miqyasda tanınmasına, onun nailiyyətlərinin dünyada nümayiş olunmasına geniş imkanlar yaradıb. Azərbaycan muğamının, aşıq sənəti və xalçaçılığın, tar ifaçılığı və Novruz bayramının, xalqımızın maddi-mənəvi irsinin qiymətli abidələrinin, həmçinin milli mədəniyyətimizin və elmimizin görkəmli nümayəndələrinin təbliğinin YUNESKO tərəfindən diqqət mərkəzində saxlanılması ölkəmizlə bu mötəbər beynəlxalq təşkilat arasında əlaqələrin yüksək səviyyəsinin bariz nümunəsidir:

"Hörmətli sessiya iştirakçıları! Sizi Bakı şəhərində YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasının öz işinə başlaması münasibətilə təbrik edir, hər birinizə bundan sonrakı fəaliyyətinizdə yeni-yeni uğurar diləyirəm.

Sessiya Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Konvensiyanın 10 illiyinə təsadüf edir. Konvensiyanın qəbul edilməsi ötən müddət ərzində dünyada mədəni müxtəlifliyin təşviqi və qeyri-maddi mədəni irsin qorunması istiqamətində beynəlxalq strategiyaların həyata keçirilməsində əhəmiyyətli rol oynayıb. Azərbaycan Respublikası bu Konvensiyaya qoşulduğu vaxtdan etibarən ölkəmizdə müvafiq silsilə tədbirlər təşkil olunub və mühüm layihələr gercəkləşdirilib. YUNESKO Azərbaycanın öz müstəqilliyini bərpa etdikdən sonra üzv olduğu ilk beynəlxalq təşkilatlardan biridir. Onun fəaliyyət dairəsinə aid bütün sahələrdə əməkdaşlıq Azəraycan dövlətinin həmişə diqqət mərkəzində olub.

Cari ilin iyul ayında təhsil, elm, mədəniyyət və informasiya sahələrində əməkdaşlıq haqqında çərçivə sazişinin imzalanması ilə Azərbaycan və YUNESKO arasında qarşılıqlı faydalı münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub və qlobal cağırışların həllində birgə səylərimizin daha da gücləndirilməsinə əlverişli zəmin hazırlayıb. Əminəm ki, sessiya öz qərarları ilə ümumbəşəri mədəni irsin qorunub saxlanması, dünya mədəniyyətləri arasında dialoq və anlaşmanın dərinləşməsi işinə layiqli töhfəsini verəcək" (Azvision.az).

Tarix
2013.12.02 / 12:28
Müəllif
Axar.az
Digər xəbərlər

Bu nazirin müavilərinin sayı 6-ya çatdı

Nazir müavini təyin edilən jurnalist oğlunun - Dosyesi

Yaxın vaxtda Azərbaycana səfər edəcəm - Vuçiç

Mehriban Əliyeva xalqı bu sözlərlə təbrik etdi

İlham Əliyevdən sərəncam: Həsənov nazir müavini oldu

Azərbaycan Ermənistan ərazisində hərbi postlar qurub?

Bu şəxslər 1 il müddətinə zabit kimi orduda xidmət edə biləcək

Prezident fərmanı: Səhiyyə idarəçiliyində yeni məntiq...

Azərbaycan XİN Tunisi təbrik etdi

Bayramov özbəkistanlı həmkarı ilə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla