Yuxarı

Dəhşətli toy karvanı qəzasının müdhiş - Səbəbi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dəhşətli toy karvanı qəzasının müdhiş - Səbəbi

Göyçaya gedən toy karvanında dəhşətli yol qəzasının heyrətamiz səbəbi üzə çıxıb.

Axar.az-a bu haqda məlumat verən mənbənin sözlərinə görə, rayonun Şahsoltanlı kəndinə gedən toy karvanı saatda 180 km/s sürətlə hərəkət edən avtomobillə toqquşub. Nəticədə baş verən ağır qəzada 9 nəfər dünyasını dəyişib.

Mənbənin sözlərinə görə, hadisənin əsl günahkarı 23 BX 232 dövlət nömrə nişanlı "Mitsubishi Pajero" markalı minik maşınını idarə edən Əsgərov Bəxtiyar Firudin oğlu olub.

Göyçayın Potu kənd sakini olan sürücü saatda 180 km/s sürətlə maşını idarə edib, qarşıda gələn toy karvanı ilə toqquşub. Sürücü özü ağır bədən xəsarətləri ilə Göyçay Mərkəzi rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Onun həyat yoldaşı, 1965-ci il təvəllüdlü Əsgərova Nahidə Seyfəddin qızı, atası 1936-cı il təvəllüdlü Əsgərov Firudin Ələkbər oğlu, anası 1938-ci il təvəllüdlü Əsgərova Lumu Kərim qızı aldığı ağır bədən xəsarətləri səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, Ağsudan Göyçayın Şahsoltanlı kəndinə gedən toy karvanındakı "Mersedes" markalı minik avtomobilinin sürücüsü - Ağsu şəhər sakini, 1962-ci il təvəllüdlü Məmmədov Davud Məmməd oğlu, sərnişinlər - Ağsu sakinləri, 1963-cü il təvəllüdlü Məmmədova Jalə Qubadəli qızı, 2014-cü il təvəllüdlü Bədəlova Mələk Rauf qızı, 1985-ci il təvəllüdlü Məhərrəmli Günel Veyis qızı, 2008-ci il təvəllüdlü Məhərrəmov Ramiz Rüstəm oğlu, 1990-cı il təvəllüdlü Bədəlova Gülay Davud qızı aldıqları ağır bədən xəsarətləri səbəbindən hadisə yerində dünyasını dəyişib.

Tarix
2014.10.03 / 00:52
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Can Azərbaycana hücum edənlərə... - Hulusi Kılıçdan sərt sözlər

Prezident Anım Günü ilə bağlı videoçarx paylaşdı

Müdafiə naziri Zəfər abidəsini ziyarət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla