Yuxarı

Qadağan olundu: bəs, siqaret çəkəni kim cərimələyir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən ilin sonlarında Milli Məclisdə aparılan müzakirələrdən sonra “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi qəbul edildi. Bununla qapalı məkanlarda, ictimai yerlərdə siqaret çəkən şəxslərə qarşı mübarizəyə start verildi, həmin şəxslərə 30 manat cərimə müəyyənləşdirildi.

Qanunun qəbulu və cərimənin kifayət qədər yüksək olması qapalı məkanlarda siqaret istifadəsini nisbətən azaltdı. Dünən isə ölkədə qadağan edilən yerlərdə siqaret çəkilməsini təklif edənlərə qarşı da cərimə tətbiq edilməsi müzakirə olundu və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edildi.

Dəyişikliyə əsasən, tütün çəkilməsinə şərait yaradılmasına, yaxud tütün çəkilməsinin təklif edilməsinə görə vəzifəli şəxslər 500 manat, hüquqi şəxslər 1200 manat məbləğində cərimə ediləcək.

Həmçinin tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə nəzərədə tutulan 30 manat məbləğində olan cərimə 50 manat müəyyən edildi.

Cərimələrin kifayət qədər yüksək olması və qanunun sərtləşdirilməsi müəyyən mənada işə yarasa da, prosesin mexanizmi hələ də qaranlıq qalır. Maraqlıdır, qapalı mühitdə istifadə edilən tütün məhsullarına görə müəyyən edilən cəriməyə nəzarət hansı quruma həvalə edilib?

Qanunun müzakirəsində və qəbulunda əməyi olan deputat Musa Quliyev Axar.az-a açıqlamasında bildirib ki, qapalı məkanda “Tütün istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun tələblərinin pozulmasına birinci növbədə məkanın sahibi nəzarət etməlidir. Çünki əsas məsuliyyəti məkan sahibi daşıyır:

“Məkan sahibi qanunvericiliyin tələblərinin pozulmasına göz yumarsa, 1200 manat məbləğində cərimələnə bilər. Ona görə də həmin məkanın sahibi özü də maraqlı olacaq ki, qanuna riayət eləsin.

Bundan başqa, Daxili İşlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları bununla bağlı vaxtaşırı reydlər keçirəcəklər. Bu reydlərin nəticəsində bilinəcək ki, qanunun tələbləri pozulur, ya yox. Pozuntu aşkarlanarsa, fiziki şəxslər cərimələnəcək.

Ancaq qanunun tələblərinin pozulub-pozulmamasını yoxlamaq üçün bütün müəssisələrdə polis gedib keşik çəkməli deyil. Məkan sahibləri ilə yanaşı, ictimai fəal insanlar da bu məsələdə maraqlı olmalıdır. Eyni zamanda, qeyri-hökumət təşkilatları da vaxtaşırı bu məsələni qabartmalıdır. Tütün tüstüsü kimisə narahat edirsə, hər hansısa məkanda qadağaya riayət olunmursa, bununla bağlı vətəndaş müvafiq dövlət qurumuna müraciət etməlidir. Burada hamının iştirakı vacibdir”.

Deputat bildirib ki, qanunla bağlı bəzi detallar hələ Milli Məclisin növbəti plenar iclaslarının birində müzakirə olunacaq:

“Ödənilən cərimələr dövlət büdcəsinə gedəcək. İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklik qəbul olunduqdan sonra detallar icra hakimiyyəti orqanları və müvafiq qurumlar tərəfindən hazırlanacaq”.

Tarix
2018.09.26 / 08:15
Müəllif
Nigar, Billurə
Şərhlər
Digər xəbərlər

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

Buna görə müstəqil olmadıq, başqalarından asılı yaşadıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla