Yuxarı

“Fransa ATƏT-in Minsk Qrupundan çıxarılmalıdır”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Fransa ATƏT-in Minsk Qrupundan çıxarılmalıdır”

ATƏT-in Minsk qrupunun həmsədri olan Fransa rəsmisinin Dağlıq Qarabağ separatçıları ilə əməkdaşlıq sənədi imzalamasına kəskin etiraz gəlməkdədir.

Bununla bağlı mətbuata acıqlama verən QHT sədri Niyaməddin Orduxanlı bildirib ki, bu, birbaşa Azərbaycanın ərazi bütövlüyünə qarşı həqarətdir:

"Bizim təşkilat birmənalı olaraq bəyan edir ki, Fransa dövləti rəsmisinin atdığı bu addım bütün dünyanın qəbul etidyi Azərbaycannın ərazi bütövlüyünə qarşı çıxmaqdır. BMT də daxil olmaqla, elə Fransa dövlətiinin özü də Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Şuşa şəhərinin Azərbaycan dövlətinə aid olduğunu bəyan edib. Həmçinin də Fransa dövləti ATƏT-in Minsk Qrupunun həmsədri olan dövlətdir. 22 ildir bu münaqişəni sülh yolu ilə həll etməyə çalışır. Belə bir vəziyyətdə nə haqla Fransa ATƏT-in Minsk Qrupunda təmsil oluna bilər?! Artıq Fransa dövləti açıq şəkildə ermənilərə olan sevgisini ortaya qoyur. Bu hadisədən sonra Fransa Minsk Qrupunda təmsilçilik hüququnu, Azərbaycan xalqı qarşısında öz inamını itirmiş olur. Bu hadisəni sükutla qarşılaya bilmərik. Dövlətimiz baş verən hadisəyə kəskin etirazını bildirməlidir. Fransa dövlətinə nota verilməlidir. Azərbaycan cəmiyyəti də Fransa dövlətinə qarşı öz etirazını bildirməlidir. Fransa dövləti bilməlidir ki, bu addımı ilə Azərbaycan xalqının etibar və inamını itirmiş olur".

Tarix
2014.10.07 / 17:30
Müəllif
Axar.az
Digər xəbərlər

Yanacaq qiyməti qalxdı: marşrut və taksi bahalaşa bilərmi?

ABŞ-Azərbaycan əməkdaşlığının əsas sütunları...

Ali təhsili olmayan yəhudi prezident – Maduro kimdir?

Maduronun həbsi bazarları “oynadacaq” - Bakıya təsir edəcək

Tokayev: İlham Əliyev fiziki cəhətdən güclüdür...

Maduronu ən yaxın adamı satıb - Məxfi sövdələşmə

Zakir Həsənov Markveyn Mallinlə görüşdü

Hikmət Hacıyevin bu sözü erməni politoloqu isterikaya saldı

Gürcüstan Qırmızı Körpüdə rüsumsuz ticarətə icazə verdi

Türkiyə və Azərbaycan arasında mühüm saziş imzalandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla