Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
22 Fevral 2019


İlham Əliyevdən Səbuhi Məmmədli ilə bağlı – Göstəriş

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti cənab İlham Əliyev jurnalist Səbuhi Məmmədlinin səhhətində yaranmış problemlərin aradan qaldırılmasına kömək göstərilməsinə dair müvafiq göstəriş verib.

Axar.az xəbər verir ki, bu barədə millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

Amaşovun sözlərinə görə, Azərbaycan Mətbuat Şurasının bununla bağlı dövlət başçısına ünvanladığı məktuba cavab olaraq jurnalistin sağlıq durumunun yaxşılaşması üçün tədbirlərin görüləcəyi bildirilib:

“Şuranın Prezident İlham Əliyevə ünvanladığı məktubda ölkəmizdə həyata keçirilən media siyasətinin öz fundamental əsaslarının müxtəlif dövlət sənədlərində tapdığı vurğulanıb. Bu siyasətin eyni zamanda insanpərvərlik, hümunistlik kimi ali dəyərlərə söykəndiyi diqqətə çatdırılıb. Bildirilib ki, jurnalistlərimiz mövcud məqamı xüsusi vurğulayır, nəcib əməl və təşəbbüsləri misilsiz örnək nümunəsi olaraq təqdim edirlər.

Ölkəmizin nüfuzlu kütləvi informasiya vasitələrində repartyor kimi çalışmış istedadlı jurnalist Səbuhi Məmmədli də Sizin şəxsinizdə Azərbaycan dövlətinin humanist yanaşmasına ehtiyac duyur. O, kəskin şəkərli diabetdən, qaraciyər və ürək çatışmazlığından əziyyət çəkir. Hazırda səhhəti ağırlaşmış jurnalistin həyatı təhlükədədir. Buna görə də ölkənin media ictimaiyyəti adından Sizə üz tutur, ona müvafiq kömək göstərilməsini xahiş edirik. Əminik ki, həssas münasibətiniz, şəxsi diqqətiniz sayəsində Səbuhi Məmmədlinin sağlığına qovuşması ilə bağlı zəruri tədbirlər həyata keçiriləcəkdir”.

Tarix
2018.10.12 / 17:14
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Ölkəmizə gətirilən ət məhsulları təhlükəsizdirmi? - Video

104 məktəbə yeni direktor təyin olundu

DTX arxivi açdı: Sertifikatlar vərəsələrə təqdim edildi - Foto

Bu ictimai birliyə 1 milyon ayrıldı - Sərəncam

Mühüm tədbir: 30 il əvvəl SSRİ qoşunları... - Foto

Gürcü parlamenti bunu soyqırım kimi tanımalıdır - Çxeidze

Türkiyəli deputat BDU-da - Foto

DİN-dən müsabiqə: Rəis olmaq istəyənlər...

Bu ailələrə verilən təqaüd artırıldı - 6 sərəncam, 2 fərman

İsmayıllı sakinindən 1 kq-dan artıq marixuana götürüldü

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla