Yuxarı

“Buta sığorta” müdhiş qanunsuzluğa cavab verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Buta sığorta” müdhiş qanunsuzluğa cavab verdi

"Buta sığorta" şirkəti avqustun 16-da saytımızda yayımlanmış "Buta sığorta"da müdhiş qanunsuzluq" yazısına münasibət bildirib.

Axar.az-a göndərilən rəsmi məktubda sığorta şirkəti yayımlanan xəbərlə razılaşmadığını və burada müəyyən səhvlərin yola verildiyini bildirib. Şirkət yayımlanan materialın onun işgüzar və biznes imicinə zərbə oluduğunu bildirərək, mövqelərinin dərc olunmasını xahiş edib:

"Buta Sığorta" ASC-də MI-P-130245-L01 saylı fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin sığortası üzrə qaydalara əsasən sığorta olunmuş "Hundai Sonata" markalı 10 PR 503 dövlət nömrə nişanlı minik avtomobilinin iştirakı ilə 08.07.2014-cü il tarixdə Xırdalan şəhərində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə şirkətimizin Sığorta hadisələri şöbəsinin mütəxəsislərinə məlumat verilib. Şirkətin əməkdaşı dərhal hadisə yerinə çıxaraq, müvafiq prosedurları həyata keçirib. Avqust ayının 11-i hesablama aktına əsasən "Hundai Sonata" markalı 10 PR 503 dövlət qeydiyyat nişanlı minik avtomobilinə dəymiş zərər 6.238.08 manat müəyyən edilib. Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin sığortası üzrə qaydaların 32.2.2-ci maddəsinə əsasən avtomobilin bərpasına tələb olunan xərclər avtomobilin bazar dəyərinin 75 faizini keçdiyinə görə, qeyd olunan avtopmobil məhv edilmiş sayılır. Bu səbəbdən də şirkətimiz tərəfindən tərtib edilmiş sığorta aktına əsasən 3000,0 manat qalıq dəyəri (12.08.2014-ci il tarixli qalıq dəyərinin təyini aktına əsasən) və şəhadətnaməyə əsasən razılaşdırılmış 800,0 azadolma məbləği (sürücülük vəsiqəsinin verilmə müddəti bir ildən az olduğuna görə) - 3700,0 manat sığorta ödənişi qismində faydalanan şəxsə (şəhadətnaməyə əsasən "Qafqaz Lizing" ASC-yə) ödənilib".

Sığorta şirkətindən qeyd edirlər ki, qəza törədən və sığortadan şikayətçi olan avtomobil sahibi Namiq Ramazanovun sığorta müqaviləsi üzrə sığorta ödənişi almaq hüququ yoxdur:

"12.10.2013-cü il tarixli MI-P-130245-L01 saylı sığorta şəhadətnaməsi üzrə sığortalı qismində Rəhmanov Elşad Əbdülrəhman oğlu, faydalanan şəxs qismində isə "Qafqaz Lizinq" ASC tanınır. Sizin saytda yayımlanan məqalədə adı şəkilən Namiq Ramazanov isə sığorta müqaviləsi üzrə tərəf deyil. Bu səbəbdən onun sığorta müqaviləsi üzrə sığorta ödənişi almaq hüququ yoxdur".

Sığorta şirkətindən bildirirlər ki, qeyd olunanlara əsasən "Buta Sığorta" ASC tərəfindən qanunvericiliyin tələblərinə tam riayət olunur:

"Mülki Məcəllənin 884.6-cı maddəsinə əsasən faydalanan şəxs İcbari Sığorta qanunlarına və sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verməli olan şəxsdir. Həmin məcəllənin 927.5-ci maddəsinə əsasən isə girov qoyulan əmlakın tam məhv olması isə nəticələnən sığorta hadisəsi baş verdikdə, sığorta müqaviləsində nəzərdə tutulduğu halda faydalanan şəxs olan girov saxlayan borclunun (girov qoyanın) borc (kredit) müqaviləsi üzrə müəyyən edilmiş borcun ödənilməmiş hissəsində sığorta ödənişi almaq hüququ var".

Qeyd edək ki, avqust ayının 18-də Axar.az-a şikayət məktubu ünvanlayan Namiq Ramazanov "Hundai Sonata" markalı avtomobilini "Buta" sığorta şirkətində "kasko" sığortası etdirsə də, şirkətə ödədiyi pul qarşılığında maşınını təmir etdirə bilmədiyini iddia etmişdi.

Tarix
2014.10.09 / 15:12
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Azərbaycan nümayəndə heyəti İrəvanda... - Fotolar

Suriyadan 6 azərbaycanlı ölkəyə gətirildi

Əliyevin Ermənistan qərarı: Qarşıda hələ uzun yol var

Surət Hüseynov, Əli İnsanov, Əkrəm Əylisli… - Sırada kimdir?

Hazırda Bakı ilə bu məsələnin üzərində işləyirik - Mirzoyan

Azərbaycan sülhün reallaşmasına əlverişli şərait yaradıb

İlham Əliyev Orbanı təbrik etdi

1992-nin qışını xatırlayın: çörəyimiz yox idi... - Akopyan

Xarici ölkələrin NATO-dakı səfirləri Azərbaycana gələcək

Zəngəzur dəhlizi və BTQ bir-birini tamamlayacaq - Boyraz

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla