Yuxarı

Abdulla Qurbaninin səhhəti pisləşdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstefada olan polkovnik Abdulla Qurbaninin səhhəti pisləşib, xəstəxanaya yerləşdirilib.

Axar.az xəbər verir ki, bu barədə Azəri Defens-ə polkovnikin qızı Günay Qurbanova məlumat verib.

Bildirilib ki, A.Qurbani hazırda Silahlı Qüvvələrin Baş Klinik Hospitalında açıq ürək əməliyyatı olunur. Qızı Günay Qurbanova həmçinin qeyd edib ki ki, atası uzun illərdir ürək-damar xəstəliklərindən əziyət çəkir. Əməliyyatı tanınmış təcrübəli ürək-damar cərrahı Anar Əmrah və onun komandası aparır.

Məsələ Müdafiə Nazirliyi rəhbərliyinin diqqət mərkəzindədir.

Qeyd edək ki, Abdulla Qurbani 1956-cı ilin dekabrında Şərur rayonunun Mahmudkənd kəndində anadan olub. 18 ilə yaxın Mədəniyyət Nazirliyi sistemində məsul vəzifələrdə çalışıb. 1993-cü ildə Şərur rayon Mədəniyyət şöbəsinin müdiri vəzifəsindən könüllü olaraq cəbhəyə yollanıb. Murovdağ uğrunda ilk döyüş əməliyatlarına qoşulan A.Qurbani sıravi əsgərdən “polkovnik” rütbəsinədək yüksəlib. Xidmətləri ölkə rəhbərliyi tərəfindən həmişə yüksək qiymətləndirilib. Prezident sərəncamları ilə” Vətənə xidmətə görə”, “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə” və digər orden-medallarla təltif olunub. Vətən və xalq qarşısında müstəsna xidmətlərinə görə Prezidentin fərdi təqaüdünə, Azərbaycan incəsənətinin, mədəniyyətinin inkişafında, ölkədə hərbi vətənpərvərliyin təbliğində, Silahlı Qüvvələrin şəxsi heyətinin mənəvi- psixoloji hazırlığının yüksəldilməsində xidmətlərinə görə Əməkdar İncəsənət xadimi və Naxçıvan MR-in Əməkdar mədəniyyət işçisi fəxri adlarına layiq görülüb. Hərbi vətənpərvərlik mövzusunda 100-dən çox kitabın, yüzlərlə məqalənin, 200-dən çox hərbi marş və vətənpərvərlik mahnılarının sözlərinin müəllifidir. Möhtəşəm hərbi paradlara aparıcılıq edib, Qarabağ müharibəsinin iştirakçısıdır. “Azərbaycan-Türkiyə: qardaşlığın təntənəsi” kitab-albomu bir neçə gün öncə çapdan çıxıb.

Tarix
2018.10.22 / 12:14
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla