Yuxarı

Qış vaxtının ləğvi şagirdlərə mənfi təsir edir – Ekspert

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazirlər Kabineti yay-qış vaxtının ləğv edilməsi barədə 2016-cı qəbul etdiyi qərar 4500-dən çox orta məktəbdə oxuyan 1.5 milyon şagirdimizin qış aylarında hələ hava tam işıqlanmamış evdən çıxmasına səbəb olur.

Axar.az xəbər verir ki, bu barədə məlumatı təhsil eksperti Kamran Əsədov qeyd edib. O bildirib ki, körpə uşaqların normal səhər yuxusu almadan məktəb və uşaq bağçalarına getməsi, onlar arasında aqressivliyin artmasına, zehni pozğunluğa və əsəb gərginliyinə gətrib çıxarır:

“Səhər saat 08.00-da məktəbdə olmaq üçün uşaqlar saat 07.00-da və daha tezdən yuxudan oyanmalıdırlar. Saatlar irəli çəkilməyəndə isə bu saat 06.00 deməkdir. Nəzərə almaq lazımdır ki, Azərbaycan ərazisində heç vaxt səhər saat 06.00-da Günəş üfüqdə görünmür. Qış aylarında səhər saat 07.00, hətta 08.00-da belə qaranlıq olur”.

Ekspert onu da bildirib ki, saatların yay və qış vaxtına görə çəkilməməsinin heç bir müsbət nəticəsi yoxdur:

“Bu qərarın kifayət qədər mənfi tərəfi var. Tədqiqatlara əsaslanaraq təklif edirəm ki, Azərbaycanda saat əqrəblərinin irəli və geri çəkilməsi payızda yenidən tətbiq edilsin”.

Tarix
2018.10.23 / 13:42
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət etdi

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla