Yuxarı

Şükürov 10 milyon axtarır: hamam satışa çıxarıldı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:10

Daha çox qızına 400 minlik toy etməsi ilə məşhur olan “Lifttəmir” İstehsalat Birliyinin istintaqa cəlb olunan sabiq baş direktoru Qüdrət Şükürov əmlaklarını satışa çıxarıb.

Axar.az xəbər verir ki, bu məlumatı “Yeni Müsavat” yayıb. İddiaya görə, Şükürovun satışa çıxardığı əmlaklar sırasında Ali Məhkəmənin binasının yaxınlığında yerləşən Bakının məşhur “Womans Secrets” qadın hamam kompleksi də var.

Bu hamam Bakıda olduqca bahalı işləmələrlə hazırlanmış lüks hamamlardan biri hesab edilir. Sözügedən məkanı ictimaiyyət Q.Şükürovun özündən daha məşhur qızı Aysey Şükürovanın sosial şəbəkələrdə yayımladığı videodan tanıyır.

Məlumata görə, Q.Şükürovun sözügedən əmlakını satışa çıxarmasına səbəb ona təcili olaraq 10 milyon manat lazım olması ilə əlaqədardır.

Q.Şükürov istintaqa cəlb edildikdən sonra onun əmlaklarına, çoxsaylı avtomobillərinə həbs qoyulması ilə bağlı məlumat yayılmışdı. Belə olduğu halda onun sözügedən qadın hamamını necə satışa çıxardığı sual doğurur.

Xatırladaq ki, Qüdrət Şükürov ABŞ-da başlanan korrupsiya araşdırmalarının ardından istintaqa cəlb edilib, Baş Prokurorluğun istintaq qrupu “Lifttəmir” İstehsalat Birliyində müvafiq yoxlamalara başlayıb. İstehsalat Birliyində yol verilmiş qanun pozuntuları ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

Tarix
2018.11.07 / 17:50
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla