Yuxarı

Rekordlar kitabına düşən qəsəbəmiz: dünyada ilk - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün dünyanın səkkizinci möcüzəsi adlandırılan əfsanəvi Neft Daşlarının salınmasından 69 il ötür.

Axar.az xəbər verir ki, 7 noyabr 1949-cu ildə Neft Daşlarında 942 m dərinlikli 1 nömrəli quyu (Qala lay dəstəsindən) gündə 100 ton hasilatla istismara daxil olub və dənizdə neftçıxarmanın əsası qoyulub. Yataq üzrə ilk geoloq Ağa Qurban Əliyev olub.

1949-cu ildən Neft Daşlarında 1940 quyu qazılıb, 160 milyon ton neft, 12.3 milyard kubmetr qaz əldə edilib.

Neft Daşları şəhər tipli qəsəbədir və Bakının Pirallahı rayonunun ərazisinə daxildir. Abşeron yarımadasından 42 km cənub-şərqdə yerləşən bu qəsəbə dənizin dibinə bərkidilmiş metal dirəklərin üstündəki estakadalar üzərində dəniz səthindən bir neçə metr hündürlükdə tikilib.

Neft Daşları Ginnesin Rekordlar Kitabına ən birinci dəniz neft platforması kimi daxil olub.

Tarix
2018.11.07 / 16:55
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla