Yuxarı

BNA-dan sərt qərar: Ayşən LTD xətdən çıxarıldı – Səbəb

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Binə qəsəbəsində hərəkətdə olan qatarla toqquşaraq biri azyaşlı olmaqla, iki nəfərin ölümünə və 40 nəfərin ağır yaralanmasına səbəb olan 160 nömrəli avtobus xəttinin aid olduğu Ayşən LTD MMC-nin fəaliyyəti dayandırılıb.

Bakə Nəqliyyat Agentliyindən Axar.az-a verilən məlumata görə, 160 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyətini həyata keçirən Ayşən LTD MMC ilə bağlanan müqaviləyə xitam verilib. Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədrinin müvafiq sərəncamına əsasən, xətt üzrə sərnişindaşıma xidmətinin göstərilməsi Çinar-Trans MMC-yə həvalə edilib.

10.11.2018 tarixindən 160 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişinlərə Çinar-Trans MMC tərəfindən yeni avtobuslarla xidmət göstəriləcək.

Xatırladaq ki, Ayşən LTD MMC-nin direktoru İradə Əliyeva keçmiş nazir Ziya Məmmədovun yaxın qohumu və həmkəndlisi kimi təqdim edilir.

Qeyd edək ki, oktyabrın 1-də təxminən 14.35 radələrində 160 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 10 TG 106 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu Xəzər rayonu, Binə qəsəbəsində hərəkətdə olan qatarla toqquşub. Qəza həmin ərazidəki qorunan dəmiryolu keçidində baş verib.

Hadisə nəticəsində 2 nəfər dünyasını dəyişib, 40 nəfər isə yaralanıb. Xəsarət alanlardan 5-i azyaşlıdır.

Tarix
2018.11.08 / 11:06
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla